Elm və incəsənət sahəsində Vulf Mükafatı elan edilib
Bakı, 27 iyul, AZƏRTAC
2021-ci il üçün tibb, fizika, kimya, eləcə də musiqi sahəsində Vulf Mükafatı (Wolf Prize) elan edilib. Bu mükafat 1978-ci ildən milliyyətindən, irqindən, dinindən, siyasi durumundan, cinsindən asılı olmayaraq bəşəriyyətə və xalqlar arasındakı dostluq münasibətlərinə faydalı töhfələr vermiş tanınmış incəsənət və elm adamlarına verilir.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA məlumat yayıb. Bildirilir ki, hər bir sahə üzrə mükafat diplom və 100.000 ABŞ dolları məbləğində müəyyən edilib. Mükafata qrup halında layiq görüldükdə o, qaliblər arasında bölünür.
Mükafat müəssisəyə deyil, şəxslərə verilir. İddiaçı özünü təqdim edə bilməz. Namizədlərin sənədləri sentyabrın 10-dək qəbul olunur.
Qeyd edək ki, Vulf Mükafatı Yerusəlim şəhərində İsrailin Prezidenti tərəfindən sahiblərinə təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:01]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [17:36]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]