Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elman Nəsirov: Brüsseldə imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətində qalan Paşinyan məğlub statusundadır

Elman Nəsirov: Brüsseldə imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətində qalan Paşinyan məğlub statusundadır

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri kifayət qədər uğurlu oldu. Bu səfər Azərbaycan-NATO münasibətlərinin bu gününə və perspektivlərinə qiymət verilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi və Azərbaycanın bu prosesə töhfəsinin qiyməti baxımından səfər böyük məna və əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Elman Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin bu səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, xüsusilə də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə apardığı danışıqlar və bu danışıqların nəticəsi olaraq “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması, sözün həqiqi mənasında, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilə bilər. Çünki bu sənəddə ilk dəfə ikitərəfli formatda belə bir bənd öz yerini tapıb ki, münaqişələrin həll edilməsi prosesində dövlətlərin beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsas götürülür. Bu, əslində o deməkdir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həllini dəstəkləyir.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, ikinci mühüm diplomatik uğurumuz NATO-nun yekun sənədində öz əksini tapıb. Həmin sənəddə belə bir bənd yer alıb ki, münaqişələr beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini tapmalıdır. Bu da bizim çox mühüm diplomatik qələbəmizdir. Məsələ burasındadır ki, Ermənistanın baş naziri Nikol Paşinyan səfər öncəsi bildirib ki, əgər yekun sənəddə Ermənistanın milli maraqlarına uyğun gəlməyən bəndlər öz əksini taparsa, o səfərini təxirə sala bilər. Hər kəs bilir ki, bu kimi mühüm sənədlər ən azı bir həftə öncə qarşı tərəfə göndərilir. Paşinyan Brüsselə gedərkən çox gözəl bilirdi ki, o sənəddə məhz belə bir bənd öz əksini tapıb. Amma buna baxmayaraq o, getməyə məcbur oldu. Heç bir müqavimət göstərmək iqtidarında da deyildi. Eyni zamanda, Paşinyan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin inkişaf etdirilməsi xəttinə sadiq qalacağını hər zaman bəyan edib. O, güman edirdi ki, bu reallıq fonunda yəqin ki, Azərbaycan ilə Aİ arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanmasına mane ola bilər. Amma bu arzu onun ürəyində qaldı və həmin sənəd imzalandı. Hər iki mühüm sənəddə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı məsələsi öz əksini tapıb. İki mühüm sənəd ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri danışıqlara getdi. Qarşı tərəfin isə heç bir arqumenti yox idi. Qarşı tərəf artıq məğlub statusunda Azərbaycanın xarici işlər naziri ilə görüş keçirdi. Bütün bunlar onun sayəsində baş verdi ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlətlərlə, beynəlxalq təşkilatlarla, o cümlədən NATO, Aİ ilə münasibətlərə bərabər tərəfdaşlıq münasibətləri kimi baxır, bərabərhüquqlu prinsiplərdən çıxış edərək münasibətləri qoruyur, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında münasibətləri qurur və eyni zamanda, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə hər zaman üstünlük verir. Azərbaycan Prezidentinin siyasəti müstəqil siyasətdir. Bunu həm NATO, həm də Aİ çox gözəl bilir. Onlar həm də görürlər ki, Azərbaycan Prezidenti təkcə mövqe bildirmir, təkcə söz söyləmir, eyni zamanda, konkret əməli və addımları ilə işlər görür.

Prezident İlham Əliyev Sammitdəki çıxışında qeyd etdi ki, Azərbaycan bütün fundamental məsələlərlə bağlı beynəlxalq kürsüdən öz səsini ucaldır, ədalətin və qanunun aliliyinin təmin edilməsi ilə bağlı işini görür və bu ideyaları müdafiə edir. Məsələyə bu məntiqlə yanaşdıqda, həqiqətən də İlham Əliyevin bu mövqeyi dünyada qəbul edilib, dəstəklənib. Azərbaycan Prezidentinin şəxsi nüfuzu, intellekti, təşkilatçılıq qabiliyyəti, erudisiyası həm NATO, həm də Aİ rəhbərliyinə məlumdur.

Elman Nəsirov, həmçinin bildirib ki, Paşinyan məğlub statusundadır. O, imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətindədir. Paşinyan Aİ ilə Azərbaycan arasında imzalanmış yeni sənədə qarşı heç bir müqavimət göstərmək iqtidarında deyil. O, bir arzu ilə yaşayırdı ki, heç olmasa ölkəsində keçiriləcək parlament seçkilərində Aİ-dən maliyyə dəstəyi ala bilsin. Görün dövlət hansı səviyyədədirsə, kiçik bir ölkədə parlament seçkilərinin keçirilməsinə belə vəsaiti yoxdur. Bu təkliflərlə və xahişlərlə o, Avropa liderləri qarşısında çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə qlobal sülh və təhlükəsizlik problemlərinin həlli, Azərbaycanın Əfqanıstanda sülhyaratma prosesində iştirakının daha da genişləndirilməsi kimi fundamental məsələləri qoyur və eyni zamanda, konkret addımlar atır. Buna görə də Azərbaycan bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş statusuna malikdir, beynəlxalq sülhün, təhlükəsizliyin təmin edilməsinə çox böyük töhfələr verir. Bunu bütün dünyada görürlər və yüksək qiymətləndirirlər. Brüsseldə həmin sənədlərin imzalanmasında bu amillər mühüm rol oynayıb.

İndiyə qədər imzalanmış müvafiq sənədlərdə bu cür aydın şəkildə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əməl olunması məsələsinə rast gəlinməyib. Bir çox hallarda ona şahid olmuşuq ki, bir tərəfdən ərazi bütövlüyündən, bir tərəfdən güc tətbiq etməmə və güclə hədələməmə prinsiplərindən bəhs olunurdu, bir tərəfdən isə xalqların öz müqəddəratlarını təyinetmə prinsiplərindən söhbət gedirdi. Üç müxtəlif prinsipi təqdim edib, süni şəkildə bir qarışıqlıq yaradılırdı, sonda isə heç bir nəticə əldə olunmurdu. Bu dəfə isə heç bir halda Ermənistanın əlində bayraq etdiyi xalqların öz müqəddəratını təyinetmə prinsipindən bir kəlimə belə olsa söz getmədi. Yalnız və yalnız ərazi bütövlüyü, beynəlxalq aləmdə tanınmış sərhədlərin toxunulmazlığı prinsipi öz əksini tapdı. Bu, Prezidentimizin müəyyən etdiyi Azərbaycanın xarici siyasətinin növbəti mühüm uğuru kimi dəyərləndirilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar

Zaur Əliyev: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır

EPDK enerji sektorunun rəqəmsallaşdırılması ilə bağlı Türkiyə təcrübəsini EMTA mütəxəssisləri ilə bölüşüb

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur

Qanunvericiliyin təkmilləşdirilməsi daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verə bilər – RƏY

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir

Natiq Məmmədov: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib

Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

SESRIC rəhbəri: Halal iqtisadiyyatda standart fərqləri və məlumat çatışmazlığı əsas çağırışlardandır

Böyük Britaniyada yerli seçkilərdə namizəd olan azərbaycanlı: İlk seçki təcrübəm mənim üçün dəyərli dərs oldu

DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir

Danimarka hərracından alınan Bakı təsvirli unikal əsər geniş ictimaiyyətə təqdim edilib

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol

Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadrat kilometr mərcan rifləri mövcuddur

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Güləş Federasiyasında yeni komitə yaradılıb

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır

DÇ-2026-nın ilk altı günündə Qətər mundialından daha çox avtoqol qeydə alınıb

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir

HDC rəsmisi: Halal iqtisadiyyat KOB-lar üçün inkişaf və təkmilləşmə aləti kimi çıxış edir

ABŞ-nin dəniz blokadasını aradan qaldırmasından sonra İranın beş gəmisi Hörmüz boğazından keçib

® “AzInTelecom” 73 mindən çox saxta IMEI kodu bloklayıb

Qanunsuz balıq ovu ilə bağlı 15 inzibati protokol tərtib edilib, 1 fakt üzrə cinayət işi açılıb

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur

Ameen Alsaadi: Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır

Dövlət Komitəsi sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə

“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur

Zahid Oruc: Yaradılacaq yeni qurum media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq

Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub

Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar

Mərkəzi Bank: Birinci rübdə cari əməliyyatlar balansında 1,7 milyard dollarlıq profisit qeydə alınıb

UNICEF təqribən 1,1 milyard uşağın birdən çox iqlim təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edir

I rübdə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 1,1 milyard dolları ötüb

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

Samer Elesavi: Halal iqtisadiyyatın inkişafı üçün vahid standartlar və əməkdaşlıq vacibdir

Dünya çempionatı: Fransa Seneqala qarşı

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib

AMB: Birinci rübdə Azərbaycan neftinin reallaşmış qiyməti 79 dollar olub

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb

Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir

“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib

“Qlobal sülh indeksi”: Dünya II Dünya müharibəsindən bəri ən təhlükəli dövrdədir

İİB rəsmisi: Qlobal halal sektorda istehlak xərclərinin 3 trilyon dolları ötəcəyi gözlənilir

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq

Azərbaycan Milli Kitabxanası CENL-in 40-cı illik iclasında ölkəmizi təmsil edir

Bu ilin I rübündə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb

Nizami rayonunda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb VİDEO

Nizami rayonunda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb VİDEO

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

Daşkəsəndə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində 300-dən çox sakin müayinədən keçib

Orxan Məmmədov: Azərbaycan halal iqtisadiyyatın inkişafını mühüm iqtisadi imkan kimi qiymətləndirir

Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinə iqtisadi fayda gətirəcək

KOBİA sədri: Halal iqtisadiyyatın inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir

Azərbaycan nefti 86 dollara satılır VİDEO

Azərbaycan nefti 86 dollara satılır VİDEO

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb

® Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi dividend gətirəcək

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı - Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib