Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elman Nəsirov: Siyasi qətlin diaqnozu-terror!

Elman Nəsirov: Siyasi qətlin diaqnozu-terror!

Bakı, 17 iyul, AZƏRTAC 

Azərbaycan Prezidenti İlham Əliyev 3 iyul və 10 iyul tarixlərində Gəncədə törədilmiş mütəşəkkil cinayət əməllərini məhz terror aktları kimi qiymətləndirib, hədəfində dövlətçiliyimizin dayandığını vurğulayıb. Heç şübhəsiz, Prezidentin Gəncə iğtişaşına və onun nəticələrinə verdiyi obyektiv qiymət terror fenomeni ilə bağlı elmi mülahizə və müzakirələrin aktuallığını daha da artırıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov AZƏRTAC-a açıqlamasında terror cinayəti ilə bağlı fikirlərini bölüşüb.

Deputat deyib: “Bir qrup ekspert hesab edir ki, terrorçular qətllər törətdiyinə, adamları girov götürdüyünə, təyyarələri qaçırdığına və digər qanunazidd əməllərə imza atdıqlarına görə onları daxili və beynəlxalq hüquq prinsiplərinə əsasən adi cinayətkar hesab etmək və haqlarında həbs qətimkan tədbiri seçmək olar. Digər qrup ekspert isə terrorizmi hərbi əməliyyat, müharibənin bir forması kimi dəyərləndirir və ya onunla milli azadlıq hərəkatı arasında bərabərlik işarəsi qoyur. Şübhəsiz ki, terror aktı prosesi adi cinayət əməli ilə də müşayiət oluna bilər. Eyni zamanda, cinayətkar elementlər terror taktikasından da istifadə edə bilərlər. Burada bir nüansı nəzərdən qaçırmaq olmaz. Cinayətkarlıq şəxsi maraqların təminatına xidmət edir. Bu halda terror taktiki vasitə kimi ikinci dərəcəli rol oynayır və əsas məqsədin reallaşmasına - zənginləşməyə, varlanmağa xidmət edir. Terrorçular isə, hər şeydən əvvəl, siyasi məqsədlərinə çatmaq üçün, məsələn, bu və ya digər təşkilata mənsub olan məhbusların azad olunmasında, bu və ya digər məsələdə mövqelərini dəyişmək üçün hakimiyyətə təzyiq göstərilməsində və s. zorakılıqdan istifadə edirlər. Onu da qeyd edək ki, adi cinayətkarlardan fərqli olaraq, terrorçular əksər hallarda cinayətlərini gizlətmir və törətdikləri qanunazidd əməllərə görə məsuliyyəti öz üzərlərinə götürərək daha geniş ictimai rezonansa nail olurlar.

Eyni fikirləri terrorizm ilə müharibə və ya terrorçuluq ilə milli azadlıq hərəkatı arasında bərabərlik işarəsi qoyulması ilə bağlı cəhdlər haqqında da söyləmək olar. Onları birləşdirən ümumi cəhət hər birinin siyasi zorakılığın müxtəlif formaları olmasıdır. Ayıran fərqli cəhət isə ondadır ki, istənilən hərbi münaqişədə tərəflərin mübarizəsi, hər şeydən əvvəl, mülki əhaliyə qarşı deyil, hərbi birləşmələrə qarşı aparılır. Terrorçular üçün isə əsas hədəf məhz mülki əhalidir.

Milli azadlıq hərəkatına gəldikdə, qeyd olunmalıdır ki, o, əhali tərəfindən daha geniş müdafiəsi və kütlələrin bu mübarizədə yaxından iştirakı ilə xarakterizə olunur. Terrorçular isə kütlədən kənarda fəaliyyət göstərir, onların törətdikləri qanlı terror aktları əhali tərəfindən müdafiə olunmur. İstisna olunmur ki, müharibə və ya milli azadlıq mübarizəsi gedişində terror aktları da törədilə bilər, lakin bu halda o yeridilən strategiyanın əsas həlqəsi deyil, müşayiətedici elementi qismində çıxış edəcək.

Göründüyü kimi, terrorçuluq zahiri əlamətləri və təzahür formaları baxımından çox mürəkkəb fenomen olmaqla bir çox xüsusiyyətləri baxımından adi cinayətkarlığa da, müharibənin və ya milli azadlıq mübarizəsinin xüsusi formasına da bənzəyir. Lakin bu oxşarlıq zahiri və vizual məzmun daşıyır.

Terrorçuluğun mahiyyəti ilə bağlı araşdırmalar onun aşağıdakı özünəməxsus xüsusiyyətlərini göstərməyə imkan verir: Birincisi, praktiki olaraq bütün mütəxəssislər hesab edirlər ki, terrorçuluq, hər şeydən əvvəl, mütəşəkkil zorakılığın formalarından biridir. İkincisi, terrorçuluq gücün siyasi məqsədlərlə istifadəsidir, başqa sözlə, o, siyasi zorakılığın spesifik formasıdır. Üçüncüsü, terror aktları daha geniş ictimai rezonans üçün hesablanır. Nə qədər paradoksal görünsə də, bu, bir həqiqətdir ki, terror aktında əsas məqsəd konkret şəxsə və ya topluma fiziki ziyan vurmaq deyil, cəmiyyətdə qorxu və xaos aşılamaqla planlarının realizə olunması üçün maksimum əlverişli şəraiti təmin etməkdən ibarətdir.

Beləliklə, terror aktında üç müxtəlif tərəf iştirak edir: Birincisi, terror aktını törədən tərəfdir. İkincisi, bu aktın qurbanı və ya qurbanlarıdır. Üçüncüsü isə, qorxudulan və ya sonrakı davranışı zorla müəyyənləşdirən tərəfdir. Yuxarıdakı məntiqə əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, terror aktında birinci tərəfin hədəfi, əslində, üçüncü tərəfdir.

Yeri gəlmişkən, sadalanan üç tərəfin konfliktdə iştirakı terrorçuluğu cinayətkarlığın digər formalarından fərqləndirən mühüm cəhətlərdən biridir. Terrorçuluğun beynəlxalq aləmə məlum olan əsas xüsusiyyətlərinin yuxarıdakı təqdimatı bir daha təsdiqləyir ki, Gəncə şəhərində məhz terror aktları törədilib.

Sonda onu da xüsusi olaraq vurğulayaq ki, müasir terrorçuluğun əsas xüsusiyyəti onun heyrət doğura biləcək səviyyədə yeni şəraitə uyğunlaşma və mutasiya qabiliyyətinə malik olmasıdır. Mahiyyəti etibarilə o, virus tipli və deməli, epidemiya xarakteri xəstəlikdir. Onun nə zaman və haradan zərbə endirəcəyi məchuldur. Deməli, qlobal təhdid və çağırışlardan ən təhlükəlisi qarşısında - terrorçuluqla mübarizədə vahid orqanizmin - sivil dünyanın immuniteti gücləndirilməlidir. Terrorçuluğa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır. Deməli, eyni məntiqlə də Gəncədə törədilmiş terror aktlarına münasibətdə beynəlxalq ictimaiyyətin susqun deyil, obyektiv və yekdil mövqeyi ortaya qoyulmalıdır. Azərbaycan ictimaiyyətinin belə bir ədalətli mövqeyi gözləməyə haqqı var”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib