Elnur Soltanov: Bərpaolunan enerjinin sürətli inkişafı geosiyasi balansda mühüm dəyişikliklər yaradır VİDEO
Bakı, 6 iyul, AZƏRTAC
Dünyada bərpaolunan enerji mənbələrinin sürətli inkişafı qlobal enerji sistemində və geosiyasi balansda mühüm dəyişikliklər yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimi çərçivəsində keçirilən “Global Energy Landscape 2026” adlı sessiyadakı çıxışı zamanı deyib.
O bildirib ki, ötən il dünyada təxminən 500 giqavat gücündə Günəş və külək elektrik stansiyaları istifadəyə verilib və bunun təxminən 400 giqavatı Çinin payına düşüb.
“Bu proses təkcə texnoloji inkişaf deyil, həm də qlobal geosiyasi transformasiyanın göstəricisidir. Enerji mənbələrinin dəyişməsi ilə yanaşı, enerji istehlak edən texnologiyalar da elektrikləşir. Bu isə bərpaolunan enerji mənbələrinin rolunu daha da artırır”, - deyə nazir müavini qeyd edib.