Ən yaxşı jurnalist işi üçün “Sərhədsiz Xəzər” müsabiqəsi elan edilib
Bakı, 13 avqust, AZƏRTAC
Həştərxan vilayətində “Sərhədsiz Xəzər” müsabiqəsi doqquzuncu dəfə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Xəzər regionu ölkələri ərazisində fəaliyyət göstərən KİV-lər, yaradıcı qruplar, təşkilatlar və müəlliflər iştirak üçün öz işlərini göndərə bilərlər. Nəticədə işlər peşəkar münsif heyəti tərəfindən dəyərləndiriləcək.
Müsabiqədə iştirak üçün müraciətləri 2022-ci il avqustun 21-dək (avqustun 21-i də daxil olmaqla) aşağıdakı nominasiyalar üzrə vermək mümkündür: “Xəzər fotosu”, İnsan və dəniz”, “Xəzər ölkələrini kəşf edərkən”, “Xəzər - sağlamlıq ərazisi”, “Yeni baxış”.
Müsabiqədə iştirak üçün müraciətləri elektron şəkildə [email protected] ünvanına rus, ingilis dillərində və yaxud Xəzəryanı region ölkələrindən birinin rəsmi dilində, rus dilinə tərcümə olunmaqla göndərmək mümkündür. Müraciətlərin qəbulu 2022-ci il avqustun 21-dək (avqustun 21-i də daxil olmaqla) həyata keçiriləcək.
Müsabiqənin nəticələrinə Xəzər mediaforumu - 2022 çərçivəsində yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]