İQTİSADİYYAT
Energetika naziri moldovalı və mərakeşli həmkarları ilə görüşüb
Bakı, 14 noyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov COP29 tədbiri çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikov ilə görüşüb.
AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə ikitərəfli enerji gündəliyinin aktual məsələlərinə dair müzakirələr aparılıb.
Azərbaycanda yaşıl enerji keçidi və müxtəlif istiqamətlərdə həyata keçirilən yaşıl enerji dəhlizləri ilə bağlı fikir mübadiləsi edilib. Bərpaolunan enerji, enerji səmərəliliyi və enerji tənzimlənməsi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar dəyərləndirilib. Enerji səmərəliliyi, bərpaolunan enerji mənbələrinin təşviqi və enerji tənzimlənməsi sahələrində əməkdaşlıq memorandumlarının imzalanması razılaşdırılıb.
Nazir Mərakeşin enerji keçidi və dayanıqlı inkişaf naziri Leila Benali ilə də görüşüb. Görüşdə hər iki ölkədə enerji sektorunda inkişaf prosesləri və yaşıl enerji keçidi təcrübəsi bölüşülüb. Bərpaolunan enerji, qaz infrastrukturu və perspektivli layihələr üzrə əməkdaşlıq potensialı nəzərdən keçirilib. COP29-un enerji təşəbbüslərinə dəstək ifadə olunub.