Energetika naziri Pərviz Şahbazov Münxen Təhlükəsizlik Konfransında iştirak edib
Bakı, 17 fevral, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov fevralın 16-17-də Almaniyanın Bavariya vilayətinin paytaxtında keçirilən 54-cü Münxen Təhlükəsizlik Konfransında iştirak edib.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər də keçirib. Energetika naziri ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette, UNIPER şirkətinin baş direktoru Klaus Şafer və Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerlə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişafına dair maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.