Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır
Bakı, 26 avqust, AZƏRTAC
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, namizədlər avqustun 28-i saat 15:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq ən çoxu 4 vakant yer seçə bilərlər. Qeyd olunub ki, vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir.
Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi avqustun 31-i saat 15:00-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [17:23]
AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq
- 26.08.2026 [15:50]
Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub
- 26.08.2026 [15:14]