İQTİSADİYYAT
Energetika naziri Xaçmazda vətəndaşlarla görüşəcək
Bakı, 4 sentyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov sentyabrın 12-də Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Xaçmaz rayon Heydər Əliyev Mərkəzində (ünvan: Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72) keçiriləcək. Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin 974 - Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin “Xaçmaz” filialı (əlaqələndirici şəxs Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də görüş üçün müraciət etmək mümkündür.