Energetika Nazirliyi Qaz İxrac edən Ölkələr Forumunun 36-cı iclasında təmsil edilib
Bakı, 2 iyul, AZƏRTAC
Energetika Nazirliyi Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 36-cı iclasında təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurinin iştirakı ilə GECF-in idarə heyətinin videokonfrans formatında 36-cı iclası keçirilib. İclasa Venesuela nümayəndəsi xanım Yazmin Ramirez sədrlik edib.
İclasda təşkilatın üzv ölkələrindən Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela, müşahidəçi statusunda isə Azərbaycan, Malayziya, Norveç və Birləşmiş Ərəb Əmirliyinin təmsilçiləri iştirak ediblər. Tədbirdə ölkəmizi Energetika Nazirliyinin nümayəndələri Otel Hüseynov, Pərvin Bayramova və Elnur Ələkbərov təmsil ediblər.
İclasda GECF-in 2021-ci il üzrə İş Proqramı, 2019, 2020 və 2021-ci illər üzrə büdcəsi, forumun 2019 və 2020-ci illər üzrə fəaliyyətinə dair, həmçinin Təbii qaz mərkəzi, Qaz bazarı və Təbii qazın 2050-ci il üzrə hesabatları, Qaz Tədqiqat İnstitutunun təsisinə dair hüquqi sənədlər, cari ilin payızında Əlcəzairdə keçirilməsi nəzərdə tutulan 22-ci Nazirlər iclasına hazırlıq işləri, idarə heyətinin növbəti 37-ci iclasının tarixi və digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il fevralın 24-də Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi qismində iştirakı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]