Energetika Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 20 yanvar, AZƏRTAC
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov 31 il əvvəl Azərbaycanın suverenliyi və azadlığı arzusu ilə mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışıb, 20 Yanvar hadisəsini milli qəhrəmanlıq tariximizin parlaq səhifələrindən biri kimi qiymətləndirildiyini bildirib. Qeyd edilib ki, məhz bu tarixdə Azərbaycan xalqı istiqlal, mübarizlik əzmini ortaya qoyaraq vətən uğrunda canından keçməyə hazır igid övladlarının olduğunu bütün dünyaya nümayiş etdirib.
Tədbirdə 20 Yanvar faciəsinə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini daim uca tutur. Şəhid ailələrinin, müharibə əlillərinin sosial təminatının möhkəmləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Anım mərasimi 20 Yanvar faciəsindən bəhs edən qısa sənədli filmin nümayişi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]