Azərbaycan Dövlət İnformasiya Agentliyi

Enerji transformasiyası kontekstində Azərbaycanın yaşıl enerji strategiyası - ŞƏRH

Enerji transformasiyası kontekstində Azərbaycanın yaşıl enerji strategiyası - ŞƏRH

Bakı, 26 yanvar, AZƏRTAC

Son illərdə dünyada enerji transformasiyası və iqlim siyasəti kontekstində yaşıl enerji, yəni bərpaolunan enerji mənbələri strateji prioritetə çevrilib. Qlobal istiləşmə, iqlim dəyişikliklərinin sürətlənməsi, karbon emissiyalarının azaldılması üzrə beynəlxalq öhdəliklər və enerji təhlükəsizliyinin təmin edilməsi zərurəti dövlətləri yeni enerji modellərinə keçməyə vadar edir. Bu şəraitdə ənənəvi enerji mənbələrinə əsaslanan iqtisadiyyatların tədricən diversifikasiyası və ekoloji cəhətdən daha dayanıqlı enerji sistemlərinin qurulması əsas məqsədlərdən biri kimi formalaşır. Azərbaycan da bu qlobal proseslərin fəal iştirakçısı olaraq, uzun illər ərzində neft və qaz sektorunda əldə etdiyi təcrübə və maliyyə imkanlarından istifadə etməklə yaşıl enerji sahəsinin inkişafına sistemli şəkildə yönəlib. Ölkə həm enerji təhlükəsizliyini gücləndirmək, həm də uzunmüddətli sosial-iqtisadi inkişafı təmin etmək məqsədilə bərpaolunan enerji mənbələrinin payının artırılmasını milli siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ekoloji ekspert Gülşən Axundova deyib.

O qeyd edib ki, 2025-ci ilin mövcud statistik göstəricilərinə əsasən Azərbaycanın ümumi elektrik enerjisi istehsal gücü təxminən 8415 meqavat səviyyəsindədir. Bu gücün 21,3 faizi bərpaolunan enerji mənbələrinin payına düşür. Bu göstərici bir neçə il əvvəllə müqayisədə əhəmiyyətli artım deməkdir və yaşıl energetika sahəsində aparılan islahatların real nəticələr verdiyini göstərir. Xüsusilə son beş il ərzində günəş enerjisi istehsalının 12,6 dəfə artması, hidroenerji istehsalının isə 2,8 dəfə genişlənməsi ölkənin mövcud təbii resurslardan daha səmərəli istifadə etməyə başladığını təsdiqləyir. Bu dinamika enerji sektorunda struktur dəyişikliklərinin artıq praktiki mərhələyə keçdiyini və bərpaolunan enerji mənbələrinin tədricən enerji balansında mühüm yer tutduğunu nümayiş etdirir.

Ekspert deyib ki, Azərbaycanda yaşıl enerji sahəsində əsas prioritet istiqamətlər günəş, külək və hidroenerji mənbələri üzərində cəmlənib. Ölkənin coğrafi mövqeyi və iqlim şəraiti günəş enerjisinin inkişafı üçün geniş imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası yüksək günəş radiasiyası səviyyəsi ilə seçilir və bu ərazilər yaşıl enerji zonaları kimi formalaşdırılır. Külək enerjisi sahəsində isə Abşeron yarımadası və Xızı bölgəsi əsas mərkəzlər hesab olunur və burada külək elektrik stansiyalarının tikintisi ardıcıl şəkildə davam etdirilir. Bununla yanaşı, ölkənin dağlıq ərazilərində mövcud çay potensialından istifadə etməklə kiçik və orta güclü hidroelektrik stansiyaların qurulması da enerji siyasətinin mühüm tərkib hissəsidir. Bu yanaşma həm regionların enerji təminatını yaxşılaşdırır, həm də mərkəzləşdirilmiş enerji sisteminə düşən yükü azaldır.

“Milli səviyyədə qəbul edilən enerji strategiyası çərçivəsində bərpaolunan enerji mənbələrinin payının artırılması əsas hədəf kimi müəyyən edilib. Rəsmi planlara görə, 2030-cu ilədək elektrik enerjisi istehsalında yaşıl enerjinin payının 30–35,5 faiz səviyyəsinə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə günəş və külək enerjisi üzrə ümumilikdə 2250 meqavatdan artıq yeni gücün istismara verilməsi planlaşdırılır. Bu, bir tərəfdən ölkənin daxili enerji tələbatının daha dayanıqlı mənbələr hesabına ödənilməsinə imkan verəcək, digər tərəfdən isə karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına şərait yaradacaq. Daha uzunmüddətli perspektivdə, yəni 2031–2037-ci illər üçün Azərbaycan bərpaolunan enerji sahəsində əlavə 21 giqavat güc yaratmağı qarşıya məqsəd qoyub. Bu ambisiyalı planlar ölkənin təkcə istehlakçı deyil, həm də yaşıl enerji ixracatçısı kimi regional mövqeyini gücləndirməyə hesablanıb”,- deyə ekspert bildirib.

G.Axundova Azərbaycanın yaşıl enerji strategiyasında beynəlxalq tərəfdaşlığın xüsusi yer tutduğuna diqqət çəkib: “Ölkə aparıcı beynəlxalq maliyyə institutları və enerji şirkətləri ilə əməkdaşlığı genişləndirərək qabaqcıl texnologiyaların və idarəetmə təcrübəsinin cəlb olunmasına çalışır. Avropa Bərpa və İnkişaf Bankı tərəfindən Azərbaycanda artıq 1,2 giqavat gücündə bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərilməsi bu əməkdaşlığın mühüm göstəricisidir. Eyni zamanda, bp şirkəti ilə Qarabağ ərazisində 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi üzrə imzalanan saziş ölkənin beynəlxalq enerji bazarındakı etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Yaşıl enerji sahəsində həyata keçirilən siyasət Azərbaycanın regional və qlobal roluna da birbaşa təsir göstərir. Planlaşdırılan yaşıl enerji dəhlizləri vasitəsilə Azərbaycanın elektrik enerjisini Avropa və Mərkəzi Asiya bazarlarına ixrac etməsi nəzərdə tutulur. Bu təşəbbüslər Avropa İttifaqı ölkələri üçün enerji mənbələrinin diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır və eyni zamanda Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi dayanıqlığını gücləndirir. Beləliklə, yaşıl enerji yalnız ekoloji məqsədlərə deyil, həm də geosiyasi və iqtisadi maraqlara xidmət edən mühüm alətə çevrilir. Hazırda Azərbaycanın yaşıl enerji sektorunda mövcud vəziyyəti dinamik inkişaf mərhələsindədir və geniş perspektivlər vəd edir. Dövlət tərəfindən müəyyən edilən strateji xətt bərpaolunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılmasını, beynəlxalq əməkdaşlığın genişləndirilməsini və yeni enerji ixrac marşrutlarının formalaşdırılmasını nəzərdə tutur. Hazırda icra olunan və planlaşdırılan layihələr ölkənin iqlim öhdəliklərinə uyğun şəkildə davamlı enerji inkişafını təmin edir və 2030-cu il üçün müəyyən edilən iddialı hədəflərin reallaşdırılması üçün möhkəm institusional və texniki zəmin yaradır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir VİDEO

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir VİDEO

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir VİDEO

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir VİDEO