ƏRƏB DİLİNİN TƏDRİS PROSESİNDƏ ÖYRƏNİLMƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Misir Ərəb Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzində ərəb dilinin tədris prosesində öyrənilməsinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi, mərkəzin direktoru Seyyid Ğanim çıxış edərək ərəb dilinin inkişaf tarixindən, bu dilin təhsil ocaqlarında tədrisinin əhəmiyyətindən danışmışlar.
Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov və digər natiqlər Misir və Azərbaycan xalqları arasındakı əlaqələrdən, ölkəmizdə ərəb dilinin tədris edildiyi təhsil müəssisələrində bu dilin öyrənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]