ƏRƏB ÖLKƏLƏRİNİN NEFT EHTİYATLARI SON YEDDİ İLDƏ 24 MİLYARD BARREL ARTMIŞDIR
Ərəb dünyasında ən iri neft hasilatçıları Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdir. Dünya neft ehtiyatlarının təxminən 45 faizi onların payına düşür. NİƏÖT ölkələrində kəşf edilmiş təbii qaz yataqlarının da son yeddi ildə 60 faiz artdığı nəzərə alınarsa, digər neft və təbii qaz mənbələri tükəndikcə, onların karbohidrogen ixracçıları kimi rolu artacaq, dünya bazarında mövqeləri genişlənəcək və möhkəmlənəcəkdir.