“ERİKSSON-TELEKOMMUNİKASİON” FİRMASININ AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİNDƏ YANĞIN BAŞ VERMİŞDİR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 11-də saat 03:35 radələrində Nəsimi rayonunda - 28 May küçəsindəki 5 nömrəli binanın damında, “Eriksson-telekommunikasion” şirkətinin Azərbaycandakı nümayəndəliyinə məxsus, ümumi sahəsi 2 min kvadratmetr olan mansardada yanğın baş vermişdir. Nəticədə 400 kvadratmetr sahə yararsız vəziyyətə düşmüşdür. Yanğın 07:18 radələrində söndürülmüşdür.
Yanğının səbəbi araşdırılır.