Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni uşağından növbəti məktub: “Bizi erməni prezidentindən, erməniçilikdən xilas edin!!!”

Bakı, 6 avqust (AZƏRTAC). Avqustun 6-da Azərbaycan Dövlət Teleqraf Agentliyinə - AZƏRTAC-a artıq altı ildir ki, ölkəsində məktəbə gedə bilməyən erməni oğlan David Davityandan növbəti məktub daxil olmuşdur. Təhsil almaq istəyən gənc Ermənistanda ona qarşı yaradılan maneələri dəf edə bilmədiyindən yenə də nicat yolunu kənarda axtarmağa məcbur olmuşdur. Ermənistanda hüquqları kobud şəkildə pozulan uşaqlardan biri olan Davidin yenə də beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə, o cümlədən qonşu Azərbaycana kömək üçün müraciət etməkdən başqa əlacı qalmamışdır.

Növbəti məktubda da David yalanın, böhtanın, satqınlığın milli siyasətin bir hissəsinə çevrildiyi, ədalət və həqiqət mübarizlərinin həbs olunduğu Ermənistan adlanan bir dövlətdən, təhsil almaq hüququndan məhrum edildiyi ölkədən onu xilas etməyi xahiş edir. Uşaq erməniçilikdən qorxur.

“Bizi bu dövlətdən xilas edin! Bizi erməni prezidentindən, erməniçilikdən xilas edin!!!” deyərək hayqıran David Davityan dövlətindən heç bir yardım görmədiyindən Azərbaycan hökumətinə, ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinə, qeyri-hökumət təşkilatlarına üz tutmuşdur.

Ermənistanın hüdudlarından kənarda kömək axtaran erməni uşaq məktubunda yazır: “Mən artıq altı ildir ki, məktəbə getmirəm. Nə idi mənim günahım?! Artıq sentyabr yaxınlaşır ... anamın saxlanılma müddəti başa çatır, amma bizə hələ də ölkədən çıxmağa icazə verilmir. Mən məktəbə getmək, oxumaq istəyirəm. Görəsən mən bu il də erməni prezidentinin ucbatından təhsildən məhrum olacağam?! Mənim uşaq hüquqlarım bu ölkədə çox kobud şəkildə pozulur... Bu cür daha davam edə bilməz... Məni xilas edin! Xahiş edirəm Ermənistan prezidenti ilə danışıqlar aparasınız ki, o bizi buradan buraxsın. Anam işləmir, daha bu cür yaşamaq olmaz, mən yemək, məktəbə getmək istəyirəm. Sizə yalvarıram, məni xilas edin! XİLAS EDİN!!!”.

Xatırladaq ki, iyunun 22-də AZƏRTAC-a Davidin anası Felmira Davityandan da məktub daxil olmuşdur. Məktubda ümidini itirmiş ana müxtəlif dövlətlərin rəhbərlərindən, o cümlədən Azərbaycan hökumətindən, humanist aksiyaları ilə təkcə Azərbaycanda deyil, dünyada məşhur olan Heydər Əliyev Fondundan, ombudsmandan, kütləvi informasiya vasitələrindən, qeyri-hökumət təşkilatlarından yardım istəmişdir.

Ümidini itirmiş erməni ana məktubunda yazmışdır: “Məni 300 dollar rüşvət almaqda şərlədiklərinə görə 666 gün həbsxanada saxlamış və hər cür təhqirlərə məruz qoymuşlar. Məni bu cəhənnəmdən, həbsxanasında 666 gün zillət çəkdiyim bu dövlətdən xilas edin! Mən yalnız sivil ölkələrin köməyi ilə azad edildim. Azad olunsam da mənə daha 666 gün ölkədən çıxmaq qadağan edilmişdir. Oğlumun təhsil almaq hüququndan məhrum edildiyi ölkədən bizi xilas edin. Əgər bizə bu ölkədən çıxmağa icazə verilməzsə, o, bundan sonra da təhsil ala bilməyəcəkdir...

...Mən bu dövlətdə cinayətkaram, mənim yeganə cinayətim erməni doğulmağımdır. Halbuki mən artıq özüm də inanmıram ki, mən erməniyəm. Yalandan, oğurluqdan, böhtandan, qətllərdən, sadizmdən, satqınlıqdan, hannibalizmdən ibarət erməni mədəniyyətini öz mədəniyyətim hesab etmirəm. Bu dövlət mənim və mənim övladımın hər şeyini oğurlayaraq, bizi aclığa məruz qoyur”.

Həqiqətən də Ermənistanda vəziyyət gündən-günə daha acınacaqlı hal alır. Bunu Ermənistan və xarici KİV-lərdə son vaxtlar çoxalmış məqalələr də sübut edir. Məsələn, bu günlərdə Parisdə gündəlik nəşr olunan “Ermənistan xəbərləri” (Les Nouvelles d’ Armenie) jurnalında çıxmış “Armenia Now.com”un müxbiri Sara Xodjayanın məqaləsində Ermənistan iqtisadiyyatının iflic vəziyyətinə düşməsi nəticəsində ölkədə çoxuşaqlı ailələrin yoxsulluğa daha çox məruz qalmalarından və bu ailələrin acınacaqlı vəziyyətindən bəhs olunur.

Digər bir mətbu orqanı - ArmenianReport.com informasiya-təhlil portalı Ermənistan dövlətinin qarətçi siyasətini ifşa edir. Burada dərc olunmuş məqalənin müəllifi kriminal-oliqarxik tayfa adlandırdığı hakim tayfanın nümayəndələrinin təmtəraqlı həyatı fonunda Ermənistan xalqının üzləşdiyi çətinliklərdən söhbət açaraq yazır: “Biz artıq adət etmişik ki, hakim tayfanın nümayəndələrinin gözqamaşdırıcı təmtəraqlı həyatı fonunda Ermənistan xalqı aclıq çəkir”.

Bu gün Ermənistanda vəziyyət son dərəcə acınacaqlıdır. Kişilərin əksəriyyəti işləmək üçün Ermənistanı tərk edərək xarici ölkələrə üz tutmuşlar. Ailənin bütün ağırlığı qadınların üzərinə düşmüşdür. Ailənin yeganə başçıları hesab edilən bu qadınların da əksəriyyəti işsizdir. Ölkə statistika idarəsinin məlumatına görə, Ermənistandakı işsizlərin 70 faizini qadınlar təşkil edir. Dörd və daha çox uşaqlı ailələrin 70 faizi yoxsulluğun məngənəsində əzab çəkir. Ölkə əhalisinin 36, uşaqların isə 41 faizi yoxsulluğun son həddində yaşayır.

Yoxsulluğun son həddində və acınacaqlı vəziyyətdə yaşayan ailələr öz uşaqlarını Əmək Nazirliyinin açdığı xüsusi uşaq evlərinə verməyə məcbur olmuşlar. Ermənistanda səkkiz belə uşaq pansionatı mövcuddur. Həmin pansionatların hər birində 800 uşaq yerləşdirilmişdir.

Öz hakimiyyətini yalanlar üzərində quran və əhaliyə boş vədlər verən Ermənistanın rəsmi dairələri ölkədə yaranmış ağır vəziyyəti dünya ictimaiyyətindən gizlətməyə səy göstərirlər.

Ermənistan rəhbərliyinin getdikcə daha çox korrupsiyaya qurşanması ölkəni iflic vəziyyətinə salır, tənəzzüldə olan iqtisadiyyatını uçuruma yuvarlayır və yoxsulluğun son həddində yaşayan insanların sayının durmadan artmasına səbəb olur.

Bu ölkədə vətəndaşların sosial vəziyyətinin getdikcə daha da pisləşməsi ilə yanaşı, hüquq və azadlıqlarının kobud şəkildə pozulması da geniş vüsət almışdır. Həyat şəraitinin daha da ağırlaşması ilə üzləşən ermənilər artıq yeganə çıxış yolunu ölkəni kütləvi şəkildə tərk etməkdə görürlər. Son vaxtlar Ermənistanda vəziyyətin pisləşməsi ilə əlaqədar kömək üçün başqa dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edənlərin sayı da durmadan artır. Onların arasında uşaqlar və gənclər üstünlük təşkil edir.

Əslində Ermənistanda bu gün insanlar, hətta uşaqlar da daxil olmaqla yaxşı başa düşürlər ki, iqtisadiyyatının diz çökmək üzrə olduğu bu ölkədə onların gələcəyi məhvə məhkumdur. Onlar yaxşı anlayırlar ki, Ermənistandakı bugünkü dözülməz vəziyyətə bais olan hakimiyyət təkcə ölkənin deyil, həm də regionun da gələcəyi üçün ciddi təhlükədir.

Albina Atlıxanova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Finlandiyada Zəfər Günü qeyd olunub

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib