ERMƏNİLƏR İSTANBULDA KEÇİRİLƏCƏK UYDURMA “SOYQIRIM”I ARAŞDIRMALARINA DAİR BEYNƏLXALQ KONFRANSDA İŞTİRAKDAN İMTİNA ETMİŞLƏR
Növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirən “əzabkeş xalqın” nümayəndələri bu qərara gülünc bəhanə ilə bəraət qazandırmışlar. Ermənistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Aşot Melkonyanın sözlərinə görə, türk alimləri ilə aparılacaq hər hansı elmi müzakirələr “soyqırımı”nı tanıyan bəzi Avropa ölkələrinin qərarına hörmətsizlik olardı. O, bu tədbirin keçirilməsini Ankaranın Avropa İttifaqına üzv olması üçün atdığı daha bir yayındırıcı addım kimi qiymətləndirmişdir.
Konfransın işində əksər Avropa və Amerika alimlərinin iştirak edəcəyini bilən ermənilər, onlardan yalnız Latviya, Polşa, Slovakiya alimlərinin bu məsələyə heç bir aidiyyəti olmadığını iddia edərək, həmin ölkələrdə onların diasporunun azsaylı olduğunu əsas gətirmişlər.
Erməni alimlər 2001-2003-cü illərdə fəaliyyət göstərmiş Erməni-Türk Barış Komitəsinin fəaliyyətinin də heç bir nəticə vermədiyini və bu qurumun ermənilərin mənafeyinə zidd olduğunu da bəyan etmişlər.