Ermənilər tərəfindən 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilmiş soyqırımı tarixi cinayətdir
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində ermənilərin azərbaycanlılara qarşı törədikləri mart soyqırımının 96-cı ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə muzeyin əməkdaşı Rübabə Əbiyevanın “Tarixi cinayət -31 mart soyqırımı günü” mövzusunda mühazirəsi dinlənilmişdir.
Mərasimdə, həmçinin paytaxtın 187 nömrəli məktəbinin şagirdlərindən Amin İsmayıllının, Murad İsmayılzadənin, Mehriban Kərimovanın söylədikləri vətənpərvərlik mövzusunda şeirlər mərasim iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.
Sonda “Vətən” adlı videomaterial nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]