Ermənilərin daha bir təxribatının qarşısı alınıb
Varşava, 5 fevral, AZƏRTAC
Azərbaycanın Polşadakı səfirliyinin əldə etdiyi məlumata əsasən, Varşava şəhərində “Tam-Cafe” adlanan turistlərin mühazirə mərkəzində fevralın 15-də Piotr adlı şəxs “Azərbaycan Ermənistan və Dağlıq Qarabağ” mövzusunda mühazirə oxumağı və iştirakçılar ilə müzakirə etməyi planlaşdırdığı məlum olub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq, səfirliyimiz tədbirin keçiriləcəyi “Tam-Cafe”nin rəhbərliyinə etiraz məktubu ünvanlayıb. Məktuba cavab olaraq, “Tam-Cafe”nin rəhbərliyi tərəfindən tədbirin ləğv edildiyi bildirilib. Bununla ermənilərin ölkəmizə qarşı həyata keçirməyi planlaşdırdığı daha bir təxribatın qarşısı alınıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]