Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir

Bakı, 9 oktyabr, AZƏRTAC

Dünyada bir neçə ölkə və ərazi vardır ki, onların gələcəyi böyük şübhə və sual altındadır. Bu məsələ dünya birliyini çox narahat edir. Beynəlxalq təsisatlar ümumi təhlükəsizlik üçün arzuedilməz meyillərin qarşısını almaq üçün politologiya, iqtisadiyyat, sosiologiya, demoqrafiya və başqa sahələri təmsil edən məşhur alim və mütəxəssislərin iştirakı ilə fəal axtarışlar aparır. Problemlərə səbəb olan, narahatlıq doğuran belə ölkələrdən biri də Cənubi Qafqazdakı Ermənistan Respublikasıdır. Ermənistan əhalisinin sayının necə azaldığını nəzərə alsaq, bu ölkənin Ruanda, Haiti kimi dövlətlərlə, Qərbi Böyük Səhra adlanan ərazi ilə bir sıraya düşmək kimi həyəcanlı perspektivi nəzərə çarpır. Adları çəkilən digər dövlətlərdə bütün bəlaların və bədbəxtliklərin əsas səbəbi tayfalararası çəkişmələr, təbii kataklizmlər və digər təhlükələr olduğu halda, Ermənistanda bu ölkənin öz xalqına qarşı latent soyqırımı müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut bu fikirləri İsrailin nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetinin 6 oktyabr tarixli nömrəsində dərc edilmiş “Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir” sərlövhəli məqaləsində (http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Armenia-a-vanishing-state-of-the-South-Caucasus-506777) şərh edir.

Qutun fikrincə, qonşu dövlətlərə - Azərbaycana, Türkiyəyə və Gürcüstana əsassız ərazi iddiaları üzündən, xüsusən Azərbaycanın torpaqlarını işğal etməsi və ona qarşı hələ də davam etməkdə olan hərbi təcavüz səbəbindən Cənubi Qafqaz regionunda özü-özünü təcrid etmiş Ermənistan praktiki olaraq Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi, geoiqtisadi, logistik və nəqliyyat layihələrindən, habelə Çindən başlanan “Böyük İpək yolu” layihəsindən kənarda qalıb.

“The Jerusalem Post” qəzetində dərc edilmiş məqalənin müəllifi yazır: “Danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı vəziyyətdə olan ölkədir. Sovet İttifaqı dağılan gündən bütünlüklə Rusiyaya bağlı olan Ermənistan onun xarici siyasi və iqtisadi ambisiyalarından asılıdır. Geosiyasi baxımdan Ermənistan Rusiya üçün Cənubi Qafqazda forpostdur. Ermənistanın başqa çarəsi yoxdur - o, hər tərəfdən düşmənlərin əhatəsindədir. Buna görə də Ermənistan və Rusiya əməkdaşlıq etməyə məcburdurlar. Ermənistanın iqtisadiyyatı kədərli vəziyyətdədir. Bu onunla bağlıdır ki, Ermənistan yavaş-yavaş Rusiyanın əlaltısına çevrilir. Üç milyonluq əhaliyə malik kiçik bir ölkə olan Ermənistan son illərdə geosiyasi baxımdan təcrid olunmuş vəziyyətdədir. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu (hər il buraya yönəldilən özəl transferlərin məbləğı təxminən iki milyard dollara çatır) və ABŞ Konqresinin sponsor yardımıdır. Hətta indiki prezident Serj Sarkisyanın erməni xalqını qarət etməsindən və bütövlükdə ölkədə mafioz klanın hökmranlıq etməsindən narazı olan diaspor da artıq Ermənistana köməyini dayandırır. Ermənistanın xarici aləmdən anormal dərəcədə çox asılı olması mövcud imkanların reallaşdırılmasını ciddi çətinləşdirə bilər. Lakin diplomatiyanın vəzifəsi məhz bunu izah etməkdir ki, burada fərdi heç nə yoxdur, hər şey məhz biznes xatirinə belə edilir - just a business”.

Arye Qut vurğulayır ki, Sarkisyanın prezident olduğu son səkkiz ildə Ermənistanın xarici borcu 300 faizdən çox artıb və ÜDM-nin 50 faizindən çoxdur. İsrailli ekspert “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsində yazır: “Ermənistanın xarici borcunun real gəlirlərdən çox olması bu ölkənin tam defolt həddinə yaxınlaşmasından xəbər verir. Beynəlxalq maliyyə təsisatları bununla əlaqədar dəfələrlə narahatlıq bildiriblər. Ermənistanda deyirlər ki, guya ölkədə yoxsulluq səviyyəsi 32 faizdir, həqiqətdə isə bu göstərici 60 faizdən çoxdur. Xaricdən cəlb edilən vəsaitlərə baxmayaraq, ölkədə davamlı inkişaf yoxdur, iqtisadi baza və müvafiq struktur yaradılmayıb”.

Ermənistan Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri Gevorq Poqosyanın fikrincə, əhalinin kütləvi şəkildə “yolüstü əhvalda” olmasına səbəb Ermənistan iqtisadiyyatının düşdüyü kədərli vəziyyətdir. Ölkədə həyata keçirilən iqtisadi siyasətə mənfi münasibət bəsləyən paytaxt sakinləri yeganə çıxış yolunu bu ölkəni tərk etməkdə görürlər.

Qut vurğulayır ki, hər bir ölkənin iqtisadiyyatı orada həyata keçirilən siyasətin təmərküzləşmiş ifadəsidir və bunu nəzərə alsaq, Ermənistanın bütün bəlalarının başlıca səbəbi aşkar görünür: “Hakim elita daxilində kompromissiz çəkişmələr ölkəni didib-dağıdır. Büdcənin vəziyyətindən, onun hökumət tərəfindən necə formalaşdırılmasından və nə dərəcədə əsaslandırılmasından asılı olmayaraq, əhali iqtisadi fəaliyyətdən çox cüzi bəhrələnir. Büdcədəki kəsirləri doldurmaq mümkün deyil, əsas səbəb isə bunun üçün zəruri vəsaitin olmaması deyil, total talançılıq və əldə edilən vəsaitin səmərəsiz profillər üzrə xərclənməsidir.

Hakim rejimin özbaşınalığı və cəzasızlıq o dərəcəyə çatıb ki, ölkənin taleyini dayaz və məhdud dünyagörüşlü qeyri-peşəkarlar, səriştəsiz diletantlar həll etməyə başlayıblar. Qarabağ separatçılarının və terrorçularının keçmiş səhra komandiri Serj Sarkisyan “döyüşdə igidlik göstərmiş” belə qondarma “xadimlər”i mükafatlandırır. Prezident Sarkisyanın əhatə dairəsi əsasən Dağlıq Qarabağdan olanlar hesabına formalaşır. O, özünün “mübariz siyasi kolonnasını” məhz onların köməyilə yaradıb.

İsrailli analitik qeyd edir ki, prezidentlik müddəti 2018-ci ildə başa çatan Serj Sarkisyan 2015-ci ilin dekabrında ölkə Konstitusiyasına düzəliş edilməsinə nail olub. Çoxsaylı iradlara səbəb olmuş referendum nəticəsində qəbul edilmiş həmin düzəlişə əsasən, hazırda prezident respublikası olan Ermənistanın parlament respublikasına çevrilməsi nəzərdə tutulur. Məqalə müəllifi yazır: “Tənqidçilər qeyd edirlər ki, Sarkisyanın məqsədi 2018-ci ildən sonra da hakimiyyətdə qalmaq və müttəfiqlərini hakimiyyətdə saxlamaqdır. Bu düzəliş referenduma çıxarılmazdan əvvəl onun ciddi ictimai müzakirəsi aparılmayıb, lakin onu tənqid edənlərin mövqeyi kütləvi etiraz aksiyalarında və sosial mediada öz əksini tapıb. Təkcə müxtəlif vətəndaş təşkilatlarının və siyasi müxalifətin nümayəndələri deyil, siyasi və iqtisadi elitanın nümayəndələri də, o cümlədən Koçaryan da bu düzəlişin əleyhinə çıxış edirdi. Onlar hakim partiyanın qarşıdakı seçkilərdə özünün xeyri üçün manipulyasiya edəcəyindən ehtiyatlanırlar və buna görə onu dəfələrlə ittiham ediblər”.

Arye Qut yazır ki, Ermənistanda rəsmi orta əməkhaqqı təxminən 185 min dramdır (340 dollar), lakin ümumi siyahıdan oliqarxları çıxarsaq, əhalinin əksəriyyətinin orta əməkhaqqı bu məbləğin yarısından azacıq çoxdur. Elə həmin rəsmi statistikaya görə, ölkədə işsizlərin sayı 18 faiz (postsovet məkanı üçün antirekord göstərici), yoxsulluq həddindən aşağı səviyyədə yaşayan ermənilərin sayı isə 29,8 faizdir. Bu, təəccüblü deyil, çünki ölkədə orta pensiya 41 min drama (təxminən 80 dollar) bərabərdir. Yerevan sakinləri qış aylarında təkcə qaz üçün 60 min dram (təxminən 116 dollar), yay aylarında isə 20 min dram (təxminən 40 dollar) ödəməli olurlar. Sarkisyandan soruşmaq lazımdır: erməni xalqı bu vəziyyətdə ümumiyyətlə necə yaşasın? Cavab birdir: xaricdəki qohumlarının onlara göndərdikləri pullar hesabına. Lakin heç də hər kəsin bu cür qohumları yoxdur.

Arye Qut yazır: “Mütəmadi göndərilən yardım bir tərəfdən bu respublikanı xilas edirsə, digər tərəfdən onu lənətləyir. Rubl, dollar və avro şəklində pul baratları adamları acından ölməyə qoymur, lakin eyni zamanda, onları inkişaf stimulundan məhrum edir. Daim öz ölkəsində yaşayan orta statistik erməninin məqsədi çox vaxt şəxsi karyera irəliləyişinə nail olmaq və hakimiyyətdən xalqın rifahı naminə işləməsini tələb etmək deyil, öz övladını qazanc dalınca xaricə göndərməkdir. Xaricə gedən gənclər isə orada yerlərini rahatlayandan və yaxşı həyatın, azadlığın, özgəsinin işğal edilmiş torpağında - Dağlıq Qarabağda öldürülmək qismətindən xilas olmağın nə demək olduğunu görəndən sonra geri qayıtmaq istəmirlər. Bütün bunlar həm kəmiyyət baxımından, həm də yaş nisbətində Ermənistanın demoqrafiyasına zərbə vurur. Belə çıxır ki, Ermənistan tədricən boşala bilər, hətta gələcəkdə bu dövlətin taleyinin necə olacağı məlum deyil, bu dövlət tədricən yox ola bilər”.

Məqalə müəllifi kiçik haşiyə çıxır və erməni xalqının, bütün Ermənistanın başına gətirilən bədbəxtliklərin köklərini açıqlayır. İsrailli ekspert İsrailin nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsində yazır: “Ermənistanın bütün bədbəxtlikləri Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsindən başlanıb, bu səbəbdən Ermənistan faktiki olaraq tam geosiyasi və geoiqtisadi təcridolunma vəziyyətinə düşüb. Ermənistan kiçik ölkədir, burada tutumlu bazar yoxdur. O, Qazaxıstanla, Rusiya ilə, Çinlə, hətta indiki Ukrayna ilə də rəqabət apara bilməz. Buna müvafiq olaraq xarici biznes 3 milyon erməni istehlakçı ilə əməkdaşlıq üçün canfəşanlıq etməyəcək. Əgər Ermənistanın bir neçə milyard kubmetr qazı və ya nefti olsaydı, hər şey başqa cür ola bilərdi, lakin Ermənistan nə Səudiyyə Ərəbistanıdır, nə də Azərbaycan. Üstəlik, Ermənistanın qonşu dövlətlərlə münasibətlərində problemləri var. Ermənistan Azərbaycana qarşı təcavüz etdiyinə görə Türkiyə və Azərbaycan onu blokadaya alıb (öz növbəsində Ermənistan da Azərbaycanın bir hissəsi olan Naxçıvan Muxtar Respublikasını blokadaya alıb), Gürcüstanın və İranın Rusiya və ABŞ ilə qarşılıqlı münasibətləri mürəkkəbdir. Ermənistan öz qonşularından yalnız İranla dostluq münasibətləri saxlayır, bu münasibətlər də çoxlu suallar doğurur”.

Lragir.am erməni saytı yazır: “İran uzun müddət müxtəlif siyasi partiyalarla münasibətlər qurmaqla, ayrı-ayrı siyasi qruplaşmaları və aksiyaları maliyyələşdirməklə Ermənistana öz təsirini təmin etməyə çalışıb, Yerevanda və Stepanakertdə (Xankəndi - AZƏRTAC) Livanın “Hizbullah” terror təşkilatının filiallarını yaratmaq, müəyyən dərəcədə hazırlıqlı insanları “Hizbullah” terrorçuları sıralarına cəlb etmək cəhdləri də olub”.

Bu məqamda Arye Qut ritorik sual verir: “Bəs müsəlman ölkəsi olan İran xristian ölkəsi olan Ermənistanı nə üçün dəstəkləyir? İranın həmişə gur səslə bəyan etdiyi islami dəyərlər və dini həmrəylik harada qaldı?”.

Məqalə müəllifi vurğulayır: “Sual edilir: nə üçün İran özünə qardaş saydığı Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli, Ermənistandan onun işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edən 4 qətnaməni yerinə yetirməyən Ermənistanı pisləməyib? Bu yerdə lord Palmerstonun dahiyanə sözləri yada düşür: “Bizim nə daimi düşmənlərimiz var, nə də daimi dostlarımız, bizim yalnız daimi maraqlarımız var”. Təəssüf ki, bugünkü beynəlxalq münasibətlərin sərt reallığı belədir, Azərbaycan da bunu anlamalı və dərk etməlidir”.

Qut qeyd edir ki, Qarabağda cəbhə xəttində status-kvonu Azərbaycanın xeyrinə nəzərəçarpacaq dərəcədə dəyişmiş aprel döyüşləri dərhal ABŞ, Rusiya və Aİ ölkələri kimi dünya aktorlarının diqqətini cəlb etdi, onlar bir səslə tərəfləri bu problemi dinc yolla tənzimləməyə çağırdılar. Məqalə müəllifi yazır: “Rəsmi Bakı mövcud status-kvo ilə heç vaxt razılaşmayacağını dəfələrlə bəyan edib və bu barədə Ermənistana xəbərdarlıq edib. 2016-cı il aprelin əvvəlində Azərbaycan ordusu Ermənistanın hərbi provokasiyalarına cavab olaraq, təxribatların qarşısını almaq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə endirdi və onları geri çəkilməyə məcbur etdi. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir, bu ordu öz qüdrətini nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi”.

Xatırladaq ki, həmin insidentdən bir qədər sonra Ermənistanın sabiq baş naziri Qrant Baqratyan gurultulu bir bəyanatla çıxış edərək Ermənistanın nüvə silahına malik olduğunu bildirmişdi. Daha sonra Ermənistan hərbi elitasının nüfuzlu nümayəndələrindən biri olan Arkadi Ter-Tadevosyan bəyan etdi ki, Ermənistan Azərbaycanın dinc vətəndaşlarına qarşı bombadan istifadə etməyə hazırdır. Beləliklə, Ermənistan təkcə Azərbaycana və regional təhlükəsizliyə deyil, bütün bəşəriyyətə meydan oxuyurdu.

İsrailli analitik yazır: “Ermənistan prezidenti Serj Sarkisyan bu yaxınlarda bir çıxışında deyib ki, Ermənistanda fəaliyyətdə olan “Metsamor” Atom Elektrik Stansiyası bu ölkənin iqtisadiyyatı üçün vacib olmaqla bərabər, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, bu stansiya Ermənistanın regiondakı bütün dövlətləri onunla hesablaşmağa məcbur etməsi üçün yeganə vasitədir.

Bu çıxış bir daha göstərdi ki, terror və işğal siyasətini seçmiş Ermənistan dövləti Azərbaycana və Türkiyəyə qarşı yeni cəbhə açır: nüvə terrorizmi. Bu hədələr qanunsuz yolla əldə edilmiş onlar nüvə materialını satmağa cəhd göstərən üç Ermənistan vətəndaşını tutub saxlamış Gürcüstan xüsusi xidmətlərinin apardığı böyük əməliyyat fonunda səslənirdi. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına görə, Ermənistan vətəndaşları 200 milyon ABŞ dolları dəyərində uran (U238) satmağa cəhd göstəriblər.

Təəssüf ki, o vaxt dünyanın aparıcı dövlətlərinin heç biri Ermənistan nümayəndələrinin bir sıra bəyanatlarına, habelə bu ölkənin siyasi elitasının müəyyən hissəsinin nüvə ambisiyalarına dəlalət edən nüvə qaçaqmalçılığı ilə bağlı insidentlərə reaksiya vermədi. Bu halda dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən zəruri reaksiyanın olmaması faktiki olaraq təcavüzə və terrorizmə şərait yaratmağa çevrilir”.

Müəllif sual edir: Ermənistanda başa düşürlərmi ki, həm iqtisadiyyatın iflası, həm də əhalinin ölkədən kütləvi şəkildə kənara axını bəlaların səbəbi deyil, bunların nəticəsidir? Məqalə müəllifi yazır: “Ermənistan bu problemlərin nəticələri ilə deyil, onların əsasını təşkil edən səbəblərlə mübarizə aparmalıdır. Bu gün Ermənistan xəstə insana, onun yürütdüyü siyasət isə ona oxşayır ki, həkim xəstəliyin səbəblərini deyil, onun nəticələrini müalicə edir. Səbəb isə Ermənistanın təcavüzkar xarici siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsidir.

Axı Ermənistanın regionda iqtisadi cəhətdən təcrid olunması məhz bu amillərin nəticəsidir: Bu gün Azərbaycanla müharibə vəziyyəti davam etdiyinə görə, Ermənistanın təkcə bu ölkə ilə deyil, həm də bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyən Türkiyə kimi iri bazar ilə sərhədləri bağlıdır”.

Ermənistanda miqrasiya səviyyəsi hədsiz artıb. Ermənistan KİV-lərinin istinad etdikləri rəsmi məlumatlara görə, insanların bu ölkədən kütləvi şəkildə kənara axını səbəbindən 2016-cı il yanvarı 1-i üçün Ermənistanın əhalisi əvvəlki il ilə müqayisədə 12.000 nəfər azalıb və təxminən 2,9 milyon nəfər olub. Erməni jurnalisti Liya Xocoyanın “EurAsia Daily” saytında dərc edilmiş materialında deyilir: “Sadəcə olaraq, insanlar qonşu dövlətin ərazisini ələ keçirmək və gələcəkdə “Böyük Ermənistan” yaratmaq istəyən “Daşnaksutyun” partiyasından olan bir ovuc millətçi-şovinistlərin ucbatından ölmək istəmirdilər. Son illərdə isə bu insanlar ağır sosial şərait, işsizlik, habelə məhkəmə instansiyalarının ədalətsizliyi, korrupsiyanın hədsiz artması, oliqarxlaşma və inhisarlaşma səbəbindən köçüb gedirlər”.

Erməni demoqrafların fikrincə, müstəqillik illərində Ermənistan qocalan millət ölkəsinə çevrilib, çünki yaşı 63-dən çox olan ölkə sakinlərinin sayı əhalinin ümumi sayının 12,6 faizi qədərdir. Demoqrafların hesablamalarına görə, 2050-ci ilə qədər Ermənistanda yaşı 65-ə çatmış sakinlərin sayı əhalinin ümumi sayının 25-27 faizi qədər olacaq. Bu, dövlət üçün sosial təminat baxımından ciddi siqnal olacaq.

Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut İsrailin nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “Əgər bu siyasət 2018-ci ildən sonra da eyni məcrada davam edərsə, Ermənistan tədricən özü-özünü məhv etmək, özü-özünü dağıtmaq, uçurum həddinə çatacaq, oradan geriyə yol olmayacaq. Ermənistan qonşu dövlətlərə ərazi iddiaları irəli sürməyə son qoymalı, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməli, əməkdaşlıq yolu ilə inkişaf edən, Avropa İttifaqına, NATO-ya və digər beynəlxalq təşkilatlara dostcasına inteqrasiya edən, Ermənistandan fərqli olaraq, geriyə deyil, irəliyə baxan Baltikyanı ölkələrin inkişaf modelindən nümunə götürməlidir. Ermənistan 1915-ci il hadisələri ucbatından Türkiyəni təqib etməkdən əl çəkməlidir. Ermənistan Aİ ölkələrinə baxsın: onlar da öz aralarında döyüşüblər, lakin bu gün ümumi dil tapıblar və ümumi ev - Avropa İttifaqı yaradıblar. Əgər Ermənistan ölkəni indiki vəziyyətə salmış bütün bu ambisiyaların və çağırışların öhdəsindən gəlsə, onda Cənubi Qafqazın bədənində kor bağırsağa çevrilmək əvəzinə, öz vəziyyətini xilas edə bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib