Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Avropa İttifaqı ilə Saziş imzalayıb

Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Avropa İttifaqı ilə Saziş imzalayıb

Berlin, 28 noyabr, AZƏRTAC

Ermənistan prezidenti Serj Sarkisyan ötən həftə Brüsseldə “Avropa İttifaqı ilə hərtərəfli və geniş tərəfdaşlıq haqqında Saziş”i imzalamaqla faktiki olaraq, öz ölkəsini Dağlıq Qarabağın rəsmən Azərbaycanın tərkib hissəsi kimi tanındığı Aİ siyasi məkanına daxil edib. Aİ-Ermənistan sazişi Avropa İttifaqının sammiti çərçivəsində imzalanıb. Sammitin sonunda qəbul edilmiş birgə bəyannamədə Avropa İttifaqının Aİ-yə üzv ölkələrin və “Şərq tərəfdaşlığı” proqramının iştirakçılarının ərazi bütövlüyünün dəstəkləməsi birmənalı olaraq vurğulanır və eyni zamanda, erməni siyasətçilərinin adətən milli azlıqların ayrılmaq da daxil olmaqla qeyri-məhdud təyini-müqəddərat hüququ kimi təfsir etdikləri “öz müqəddəratını təyin etmə hüququ” barədə bircə kəlmə də danışılmır.

Əgər erməni diplomatlar həmin bəyannamədə qəbul olunmuş dürüst ifadələrdən sonra da guya Dağlıq Qarabağın öz təyini-müqəddərat hüququnu Azərbaycan müstəqillik əldə edənədək “reallaşdırması” (mənasız cəfəngiyyat!) səbəbindən onun Azərbaycanın ərazi bütövlüyünə aidiyyəti olmaması barədə mənasız tezislərlə özlərini və öz cəmiyyətlərini sakitləşdirməkdə davam edirlərsə, deməli Aİ-nin digər rəsmi sənədi, daha dəqiq desək, suda boğulan erməni təbliğatının yapışdığı sonuncu “saman çöpü”nü də qıran “Avropa xarici işlər xidmətinin (AXİX) 2014-2017-ci illər üçün rəyi” rəsmi Yerevanın diqqətindən kənarda qalıb.

AXİX (European External Action Service) Aİ-nin Xarici İşlər Nazirliyi funksiyasını yerinə yetirir və onun sənədləri Aİ-nin rəsmi mövqeyini əks etdirir. Həmin sənəddə xatırladılır: “Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Avropa İttifaqı Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü Tərəfdaşlıq və əməkdaşlıq haqqında 1999-cu il tarixli Sazişdə tanıyıb” (“In relation to the conflict of Nagorno Karabakh, the European Union has recognised the independence, sovereignty and territorial integrity of Azerbaijan in the Partnership and Association Agreement in 1999” - bax: https://eeas.europa.eu/sites/eeas/files/azerbaijan_2014_2017_summary_of_the_programming_document_en.pdf)

Beləliklə, Avropa İttifaqının xarici siyasət idarəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini özünün rəsmi sənədində, həm də mücərrəd və mütləq mənada deyil, məhz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar və həmin münaqişə kontekstində bildirib. Bir cümlədə “Dağlıq Qarabağ münaqişəsi”nin kontekst kimi və “Azərbaycanın ərazi bütövlüyünün” prinsip kimi xatırlanmasında məqsəd dünya birliyini yeganə nəticə çıxarmağa səsləyir - Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.

Buna görə erməni siyasətçiləri, o cümlədən Eduard Şarmazanov və Şavarş Koçaryan öz cəmiyyətlərində müxtəlif “məntiqi konstruksiyalar” quraraq ən müxtəlif bəhanələrlə ictimaiyyətin başını qatmaq üçün nə qədər çalışsalar da, fakt faktlığında qalır - onların şefi Serj Sarkisyan keçən həftə Avropa İttifaqı ilə saziş imzalayaraq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığı siyasi məkana doğru növbəti addım atıb. Avropa İttifaqının həmin sənədindən başqa məntiqi nəticə çıxarmaq sadəcə mümkün deyil.

Hər şeydən əlavə, xatırladaq ki, Aİ-nin həmin samitində Ermənistan nümayəndə heyəti Yerevanın həmişə möhkəm yapışdığı ATƏT-in Minsk qrupunun inhisarçı rolunu Bəyannamənin mətnində təsbit etməyə, həmçinin Dağlıq Qarabağ münaqişəsini işğalçı xarakterli bütün başqa münaqişələrdən fərqləndirməyə, münaqişənin nizamlanmasının Minsk qrupu tərəfindən əsas götürülən üç prinsipinin, ən başlıcası “təyini-müqəddərat hüququ”nun xatırladılmasına nail ola bilməyib. Avropa İttifaqının rəhbərliyi Ermənistanın demarş cəhdinə və sammiti tərk etmək barədə hədə-qorxusuna məhəl qoymadı və bununla da Sarkisyanın nümayəndə heyəti “A” planından “B” planına keçməyə, yəni söhbətin tonunu və davranış manerasını hiss olunmadan dəyişməyə məcbur oldu. Nəticədə prezident sazişi imzalayandan sonra öz əyanları ilə bərabər “suyu süzülə-süzülə” Yerevana qayıtdı - qəbul edilmiş bəyannamədə Dağlıq Qarabağ ətrafında indiki status-kvonun leqallaşacağına ümid yeri kimi interpretasiya edilə biləcək heç bir məqam yoxdur.

Amma Azərbaycan üçün bu Bəyannamə, xüsusən Avropa xarici işlər xidmətinin yuxarıda adını çəkdiyimiz Qətnaməsi, heç şübhəsiz, diplomatik zəfər oldu.

Bununla bərabər, qeyd etmək lazımdır ki, Azərbaycanın digər inteqrasiya qurumuna - Avrasiya İqtisadi İttifaqına daxil olması qeyri-mümkündür. Bu, ilk növbədə, Ermənistanın həmin ittifaqın üzvü olması ilə izah edilir. Azərbaycanı təkidlə şirnikləndirərək Avrasiya İqtisadi İttifaqına cəlb etməyə çalışan qüvvələr bir qədər düşünməli və özləri başa düşməlidirlər ki, bu iki dövlətin hər ikisinin eyni vaxtda bu ittifaqda olması praktiki baxımdan reallaşa bilməz, çünki Avrasiya İqtisadi İttifaqına üzvlük bu qurumun üzvü olan dövlətlər arasında rüsumsuz daxili sərhədlərin açıq olmasını nəzərdə tutur. Lakin təəssüf ki, Ermənistanla bizim sərhədimiz bağlıdır. Biz bu sərhədləri açmağa şad olardıq, lakin fiziki cəhətdən onları açmaq üçün oraya çata bilmirik - bizim yolumuzda səngərlər qazılıb, keçidlər isə minalanıb. Üstəlik, bizimlə dövlət sərhədi arasında hansısa naməlum hərbiçilər dayanıb. Buna görə də maneəsiz yaxınlaşa bilmədiyimiz həmin sərhədləri açmaq çətindir. Hər şeydən əlavə, ümumi iqtisadi məkanda nəzarət edilməyən zonalar olmamalıdır. Bizdə isə belə bir zona var - Dağlıq Qarabağ regionu.

Buna görə əgər bəzi dairələrdə Azərbaycanı Avrasiya İqtisadi İttifaqının tərkibində görməyi çox istəyirlərsə və bu məqsədlə sammit ərəfəsində diplomatik elçiləri regiona turneyə göndərirlərsə, onlar, ilk növbədə, Ermənistanı başa salmalıdırlar ki, burada mövcud olan və Ermənistanın özünün yaratdığı maneələr aradan qaldırılsın və Azərbaycanın daxil olması üçün lazımi şərait yaradılsın, bundan sonra Azərbaycan həmin dəvəti təhlil edə bilsin. Hələlik isə Azərbaycanın bu ittifaqa daxil olması, ilk növbədə, praktiki baxımdan qeyri-mümkündür və bunun təqsiri bizdə deyil.

Beləliklə, necə deyərlər, top meydanın dəvət edən tərəfə aid hissəsindədir. Əslində, elə münaqişənin həllinin açarı da oradadır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu