ERMƏNİSTAN KİV-LƏRİ ÖLKƏNİN XARİCİ SİYASƏT İDARƏSİNİ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIMAQDA TƏQSİRLƏNDİRİR
Bakı, 30 avqust (AZƏRTAC). Ermənistan KİV-ləri Azərbaycanın ərazi bütövlüyünün rəsmi Yerevan tərəfindən tanınması məsələsi ilə bağlı növbəti dəfə şivən qoparmışlar.
AZƏRTAC xəbər verir ki, Ermənistan KİV-ləri ölkə hökumətini “müstəqil Qarabağın” mövcudluğunu nəinki hüquqi baxımdan tanımamaqda, hətta faktiki olaraq onu Azərbaycanın tərkib hissəsi saymaqda qınayırlar.
Armenia Today internet-nəşrinin yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyinin saytındakı xəritələrin birində Dağlıq Qarabağın hətta sərhədləri belə göstərilməmiş, onun bütün ərazisi isə Azərbaycanın tərkibində təsvir olunmuşdur. Sayt yazır ki, həmin xəritəni sürətlə tapmaq üçün “ssılkaya” basıb Geography-nin bölməsinə daxil olmaq kifayətdir.
Nəşrin yazdığına görə, Ermənistan xarici siyasət idarəsinin saytında oyuncaq və separatçı “DQR” rejiminin əks olunmadığı xəritənin yerləşdirilməsi əsl hörmətsizlikdir və Ermənistan XİN-in “DQR-in müstəqilliyi” faktına əsl münasibətini əyani nümayiş etdirir.
Armenia Tuday yazır: ”Bir halda ki, başçılıq etdiyi idarə Qarabağı artıq Azərbaycanın tərkibində göstərmişdir, onda Dağlıq Qarabağa dair danışıqlar prosesində erməni tərəfini Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın təmsil etdiyi danışıqlardan nə gözləmək olar?”
Ermənilərin vay-şivəni əbəsdir. Beynəlxalq qurumların və dövlətlərin çoxsaylı qətnamələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]