Ermənistan KİV-lərinin yalan məlumatı
Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 27-də Ermənistanın bəzi kütləvi informasiya vasitələrində “Armenian Cyber Army” xaker qrupu tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin saytının sındırıldığı barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əslində isə həmin gün Ermənistan xakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vura bilməyib. Bu hücumlar zamanı sistemdə çalışan qoruyucu proqram işə düşərək sayta girişi mühafizə məqsədilə qısa müddətdə məhdudlaşdırıb və sonradan sistem administratoru tərəfindən bərpa edilib.
Milli Məclisin həm inzibati, həm də texniki imkanları belə hücumların vaxtında qarşısını almağa imkan verir. Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər hansı təsir göstərmək qeyri-mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [10:18]
Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir
- 17.09.2026 [18:28]
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO
- 17.09.2026 [17:14]
MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO
- 17.09.2026 [17:01]