Ermənistan ordusunda rüşvətxorluq halları baş alıb gedir
Bakı, 25 fevral, AZƏRTAC
Ermənistan ordusunda hərbi qulluqçuların müxtəlif vəzifələrə təyin edilməsi üçün böyük miqdarda rüşvət vermələri ilə bağlı çoxlu sayda qalmaqal yaşanır. Sosial şəbəkələrdə paylaşılan məlumatlar onu göstərir ki, Ermənistan ordusunda rüşvətxorluq baş alıb gedir və Müdafiə Nazirliyi bunun qarşısını heç cür ala bilmir.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, yayılan xəbərlərdə Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində zabitlərdən yuxarı vəzifəyə təyin olunmaq, tabor komandiri olmaq üçün 7000, bölük komandiri vəzifəsinə təyin olunmaq üçün 2500-4000, müqaviləli hərbi xidmət üçün isə 1000-2000 ABŞ dolları məbləğində rüşvət tələb edildiyi bildirilir. Sosial şəbəkələrdə yazılan məlumatlarda o da iddia edilir ki, yerindən asılı olaraq qiymətlər dəyişilə bilər. Yəni, “yaxşı” yerə təyinat almaq üçün yüksək məbləğdə rüşvət tələb olunur.
Maraqlı odur ki, Ermənistan Müdafiə Nazirliyi həm rüşvətxorluq halları, həm də bununla bağlı yayılan məlumatlara heç bir reaksiya vermir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]