SİYASƏT
Ermənistan ordusunun bölmələri atəşkəs rejimini pozmaqda davam edir VİDEO
Bakı, 15 avqust (AZƏRTAC). Ermənistan ordusunun bölmələri avqustun 15-də gecə Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub.