Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan seçkilər ərəfəsində: Erməni xalqı çıxılmaz vəziyyətdə

Ermənistan seçkilər ərəfəsində: Erməni xalqı çıxılmaz vəziyyətdə

Bakı, 14 aprel, AZƏRTAC

Ermənistanda iyun ayında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri yaxınlaşdıqca erməni siyasətçiləri də dəstək axtarışında yarışa giriblər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat deyib: “Bu yarışda ən çox diqqəti cəlb edən isə odur ki, onlar bu dəstəyi ölkə daxilindən daha çox ölkədən kənarda axtarmağa səy göstərirlər. Belə cəhdlərə hələ 10 noyabr tarixli Bəyanatın imzalanmasından dərhal sonra Ermənistanda başlayan etiraz aksiyaları zamanı da rast gəlinirdi. Nikol Paşinyana qarşı müvəqqəti də olsa vahid müxalifət blokunda birləşmiş siyasi qüvvələrin hər biri ayrı-ayrılıqda etiraz mitinqlərindəki çıxışlarında Rusiyaya mesaj göndərərək hakimiyyətə yiyələnəcəyi halda Rusiyaya sadiq qalacağını eyham edirdilər. Onların sırasında müvəqqəti baş nazir vəzifəsinə müxalifətin vahid namizədi kimi çıxış edən Vazgen Manukyanın Rusiya rəhbərliyinə yönələn açıq yaltaqlıq mesajları isə öz çılpaqlığı ilə xüsusilə seçilirdi. Aylarla davam edən mitinqlər vasitəsilə Nikol Paşinyanın istefasına nail ola bilməyən müxaliflər son ümidini yenə də erməni seçicisinə yox, Rusiya siyasi rəhbərliyinə yönəltdilər. Hələ mart ayının son günlərində müharibə canisi Robert Koçaryanın Moskvaya səfəri və Rusiya telekanalına verdiyi müsahibə yaxınlaşan seçkilərdə Rusiyanın siyasi dəstəyini qazanmaq uğrunda açıq mübarizənin başlanğıcını qoydu”.

Şübhəsiz ki, Ermənistan siyasi həyatında cərəyan edən bütün hadisələr həmişə olduğu kimi, diaspora və Rusiya siyasi rəhbərliyi tərəfindən tənzimlənir və burada erməni cəmiyyəti üçün təəccüblü heç nə yoxdur. Məhz bu reallıqdan çıxış edən erməni iqtidarı və müxalifəti gələcək parlament seçkilərində nəyə isə nail olmaq üçün ilk növbədə, Rusiyanın xeyir-duasını almağa çalışırlar. Bu baxımdan, Nikol Paşinyanın imkanları öz rəqiblərinə nisbətən daha çoxdur. Belə ki, Ermənistan hökumətinin başçısı kimi, Nikol Vovayeviç birbaşa Rusiya prezidenti Vladimir Putinlə görüşmək və müzakirələr aparmaq imkanına malikdir. Bu fürsəti əldən vermək istəməyən baş nazir aprelin 7-də Moskvaya səfər etdi və Rusiya prezidenti ilə şəxsən görüşdü. Ermənistan mətbuatının verdiyi xəbərlərə görə, baş nazir Rusiya prezidenti ilə Ermənistandakı iqtisadi-sosial vəziyyətlə və eləcə də 10 noyabr tarixli Birgə Bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə edib. Amma yaxınlaşan seçkilərlə bağlı müzakirələrin və siyasi dəstək məsələsinin də müzakirə olunduğu heç kimdə şübhə doğurmur.

Uğrunda bu qədər çarpışmaların getdiyi bu seçkilər Ermənistana nə vəd edir və Rusiya erməni siyasətçilərinin ümidlərini necə doğruldacaq? Bunu yaxın zaman göstərəcək. Amma erməni siyasətçilərindən hər hansı birinin Rusiyanın dəstəyi ilə bağlı ümidlərinin doğrulması heç də erməni seçicilərinin ümidlərinin reallaşması anlamına gəlmir.

Erməni xalqının öz siyasətçilərindən sülh, əmin-amanlıq, iqtisadi dirçəliş gözlədiyini bildirən Cavanşir Feyziyev qeyd edib ki, bütün bunların təmin edilməsi isə erməni siyasətçilərinin gündəliyində ən yaxşı halda axırıncı yerləri tutur. Bu gün erməni siyasətçilərini məşğul edən ən böyük məqsəd yeni parlamentdə heç olmasa müəyyən qədər yer almaq və ilk növbədə, öz təhlükəsizliyini təmin etməkdən ibarətdir. Paşinyan hökumətinin keçmiş cinayətlərinə görə təqib etdiyi keçmiş siyasi və hərbi rəhbərlərin seçkilərə bəslədiyi ümidlər erməni xalqının gözləntiləri ilə yox, məhz onların özlərinə immunitet əldə etməsi ilə bağlıdır. Paşinyanın özünün də nəyin bahasına olursa-olsun, bu seçkilərdə qalib gəlmək hədəfi, ilk növbədə, onun növbəti hakimiyyət tərəfindən müharibənin nəticələrinə görə təqib olunmasını istisna etmək məqsədi güdür.

Onun sözlərinə görə, tərəflərin hər birinin öz məqsədinə çatması isə daha çox Rusiyanın siyasi dəstəyindən asılıdır: “Bütün bunlar hələ 30 il əvvəl özünü müstəqil dövlət elan etmiş Ermənistanın nə dərəcədə müstəqil olması haqqında aydın təsəvvür yaradır. Ölkə iqtisadi infrastrukturunun ən vacib obyektlərinin Rusiya şirkətlərinə məxsus olması, Ermənistanın qonşu dövlətlərlə sərhədlərinin Rusiya Sərhəd Qoşunları tərəfindən mühafizə olunması, Gümrüdə Rusiya hərbi bazasının daimi dislokasiyası və nəhayət, xalqın taleyi üçün böyük əhəmiyyət kəsb edən seçkilərdə bütün siyasi liderlərin məhz Rusiyada dəstək axtarması reallıqda bu ölkənin Cənubi Qafqazda Rusiyaya məxsus olan eksklav olduğunu göstərir. Ermənistanın bugünkü müstəqillik statusu Cənubi Osetiya, Abxaziya, Donetsk və Luqansk kimi qondarma qurumların qeyri-müəyyən statusundan çox da fərqlənmir. Beləliklə, hələlik keçmiş SSRİ-nin tərkibində olmuş 15 respublikadan yalnız 14-ü son 30 il ərzində öz müstəqilliyini bərpa etməyə nail olub.

Ermənistanın işğalçılıq siyasəti və qonşu dövlətlərə təcavüzü isə onu bu tarixi imkandan məhrum edib. Belə bir vəziyyətdə Ermənistanda siyasi hakimiyyətə yiyələnmək üçün ölüm-dirim mübarizəsinə girişmiş siyasi qüvvələrin heç biri bu acı reallıqdan hər hansı çıxış yolu təklif edə bilmir. Ermənistan seçicilərinin bu həqiqəti dərk etməsi isə yaxınlaşan seçkilərdə bu gün ortada olan erməni siyasi liderlərinə yaxşı heç nə vəd etmir. “Üçüncü qüvvə”nin axtarışına isə vaxt yoxdur. Beləliklə, öz gələcəyi üçün taleyüklü bir siyasi hadisənin - növbədənkənar parlament seçkilərinin ərəfəsində ermənilər çıxılmaz vəziyyətlə üzləşiblər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir YENİLƏNƏCƏK

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında