ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ ATƏŞƏ TUTMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 26-da saat 15.00-dan 15.20-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, saat 16.00-dan 16.10-dək və 19.15-dən 19.20-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 17.45-dən 17.50-dək Füzuli rayonunun Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, iyunun 27-də saat 5.30-dan 5.40-dək Tərtər rayonunun Qızıl Oba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]