Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan: xarici siyasət prioritetlərinin iflası

Ermənistan: xarici siyasət prioritetlərinin iflası

Rəsmi İrəvanın düz yolda olmadığı barədə ona dəfələrlə xəbərdarlıq olunub. Onun daxili və xarici siyasətin əsas istiqamətləri üzrə qarşılaşdığı problemlər nəinki azalır, hətta getdikcə daha da artır. Üstəlik, uzun illərdir ki, mövcud olan çətinliklər kəskin xarakter alır. Bununla bağlı ekspertlər öz fikirlərini bildirir və proqnozlarını verirlər. Son zamanlar Ermənistanın xarici siyasətdə prioritet saydığı istiqamətlərdə ciddi uğursuzluğun müşahidə edildiyi xüsusi vurğulanır. Həmin sırada ölkənin suverenliyini itirməsini, etibarlı və real xarici tərəfdaşların olmamasını və Dağlıq Qarabağ münaqişəsinin həllində erməni diplomatiyasının acizliyini ayrıca qeyd etmək olar. Həmin mövzular üzrə İrəvanın atdığı addımların məntiqsizliyi və siyasi reallığa uyğun gəlmədiyi şübhə doğurmur. Bu yol Ermənistanı haraya aparır? Rəsmi İrəvanın düşdüyü bataqlıqdan çıxmaq şansı mövcuddurmu?

Baza prinsipləri düz olmayanda: xarici siyasətin fiaskosunun başlıca şərti

Ermənistanın xarici siyasət konsepsiyası bir-birinin ardınca aldığı ağır zərbələrdən sonra demək olar ki, darmadağın olub. İndi bu ölkənin siyasi mühitində elə ziddiyyətli situasiya yaranıb ki, bütöv mənzərəni təsəvvür etmək xeyli çətinləşib. Çünki İrəvanın xarici siyasət kursunun bütün əsas istiqamətlərində iflasın müşahidə edildiyi barədə fikirlər səslənməkdədir. Bu zaman erməni ekspertlər Ermənistanın suverenliyini tam itirdiyini xüsusi vurğulayırlar. Onlar bütün əsas göstərişlərin kənardan verildiyinə əmindirlər. Xarici siyasətdəki uğursuzluqların kökü də məhz bu reallıqda axtarılır.

Bu tendensiya aprel ayındakı 4 günlük müharibədən sonra daha da güclənib. Ermənistanın siyasi hakimiyyətinin və bir qrup KİV-in həmin dövrdə erməni ordusunun "böyük qəhrəmanlıq" göstərdiyini sübut etməyə çalışmasına baxmayaraq, real proseslər tamamilə fərqli mənzərəni ortaya qoyur. Birincisi, qalib orduda sürətli kadr dəyişikliyi edilməz. Əksinə, mövcud olanı tərif eləyib, daha da təkmilləşdirərlər. Ermənistan ordusunda isə aprel döyüşlərindən sonra demək olar ki, bütün səviyyələrdə sonu görünməyən təftişlər aparılır.

İkincisi, ölkənin siyasi rəhbərliyi aprel döyüşlərindən sonra bu hadisəyə qədər tutduğu mövqedən fərqli davranmağa başladı. Onlar Moskvanı və Qərb dövlətlərini ittiham edərək, lazımi səviyyədə yardım göstərmədiklərini bəyan etdilər. S.Sarkisyanın gah Avropa, gah da Rusiyaya etdiyi nizamsız səfərləri məhz bu çaşqınlığın əlaməti idi. Qalib ölkənin başçısı özünü belə aparmır, əvvəllər tutduğu kursu inamla davam etdirir. S.Sarkisyan isə panikada sağa-sola ittihamlar yağdırmaqdan başqa bir iş görə bilməyib.

Üçüncüsü, Ermənistan rəhbərliyi 4 günlük müharibədən sonra Dağlıq Qarabağda xəndək qazdırmaqdan savayı, xarici siyasətdə heç bir təşəbbüslə çıxış edə bilmir. Ekspertlər bu kimi əlamətlərə görə "erməni adlanan millətin siyasi primitivizmi" kimi ifadələr işlədir (bax: məs., Игорь Мурадян. НКР - неудачный "эксперимент" / "Lragir.am", 20 avqust 2016), rəsmi İrəvanın bu bataqlıqdan çıxmaq iqtidarında olmadığını vurğulayırlar.

Belə təəssürat yaranır ki, Ermənistanda dövlətin uzun illərdir apardığı siyasətin tam iflasa uğradığına inananların sayı durmadan artır. Özü də bunu xarici siyasətin əsas prioritet istiqamətlərində müşahidə edilən uğursuzluqları xüsusi qeyd etməklə təsdiq edirlər. Yuxarıda vurğuladığımız kimi, arqument qismində hər şeydən əvvəl Ermənistanın reallıqda müstəqil dövlət olmadığı göstərilir. Hətta ekspertlər "Ermənistan alınmayan eksperimentdir" tezisindən bəhs edirlər (bax: əvvəlki mənbəyə). Təbii ki, burada söhbət erməni dövlətinin qurulmasından gedir. Bu dövlətin baş tutmasının əsas səbəbi birbaşa onun erməni xalqı tərəfindən qurulmaması ilə əlaqələndirilir. Konkret olaraq onu Rusiya imperiyasının eksperimenti adlandırırlar. Burada həqiqət məqamı vardır.

Başqa səbəb kimi, ümumiyyətlə, erməni xalqının siyasi mədəniyyətinin çox aşağı səviyyədə olması göstərilir. Bu cür "siyasi primitivizmin" təsdiqi indiyə qədər Ermənistana dəyərli və dünya siyasətindən başı çıxan bir adamın rəhbərlik edə bilməməsidir. Ermənistanda prezident "seçilən" hər bir şəxs yalnız kənar qüvvələrin əmrlərini yerinə yetirmək barədə düşünə bilir. Bu çərçivədən kənara çıxanın cəzası böyük olur. Belə halda isə heç bir vəchlə ermənilərin müstəqil və düşünülmüş siyasət yeritməsindən danışmaq mümkün deyildir.

Suverenlik: əsas faktorun yoxluğu

İndi Ermənistan KİV-də dərc olunan "analitik yazılara" nəzər salsaq, yuxarıda vurğuladığımız məqamın birbaşa təsdiqini görərik. Fikir verin, erməni ekspertlərin böyük əksəriyyəti ölkənin xarici siyasət kursunu S.Sarkisyanın Moskvaya səfərləri çərçivəsində aparılan danışıqların məzmununda V.Putinin hansı fikirləri ifadə etməsi kontekstində qiymətləndirirlər. Əgər Moskva Ermənistanın xeyrinə bir cümlə işlədirsə, dərhal "erməni siyasətinin uğurlarından", "Ermənistanın geosiyasi əhəmiyyətindən", "bir qarış torpağı verməməkdən" danışırlar (bax: Наира Айрумян. Новые штрихи в Карабахском урегулировании / "Lragir.am", 18 avqust 2016).

Başqa hallarda isə tam bədbin tezislər irəli sürülür, kənar qüvvələr günahlandırılır. Bəs İrəvanın iradəsi haradadır? Müstəqil siyasət kursu niyə görünmür? Bu suallara cavab verməyə çox az erməni eksperti həvəs göstərir. Deməli, bütövlükdə erməni siyasi şüuru hələ kölə vəziyyətindədir, xarici faktorlardan tam asılıdır.

Digər maraqlı məqam - uzun illərdir ki, erməni millətinin monolitliyindən dəm vuranlar indi başqa əlamətlərdən danışırlar. Onlar Rusiya, Avropa, Amerika və Ermənistanın özündə olan ermənilərin fərqli milli-siyasi şüura malik olduqlarını qeyd edirlər. Məsələn, bu yaxınlarda Rusiyada yaşayan ermənilərin Moskvanı Ermənistana qarşı tədbir görməyə çağırdıqları barədə informasiya yayıldı. Həmin müraciətdə rusiyalı haylar rəsmi İrəvanın satqın siyasət yeritdiyini və Kremlin maraqlarını tapdaladığından yazıblar. Konkret olaraq ABŞ-ın Rusiyanı regiondan sıxışdırıb çıxarmasına Ermənistanın rəvac verdiyini vurğulayırlar (bax: Наира Айрумян. Армяне в России призывают Москву принять меры против Армении / "Lragir.am", 18 avqust 2016).

Şübhəsiz, Qərbdə yaşayan ermənilər İrəvanı ABŞ və Aİ-yə üz tutmağa dəvət edirlər. Ermənistanda yaşayanlar isə gah Qərbə, gah də Şərqə züy tuturlar. Belə çıxır ki, bir cəmiyyət olaraq da ermənilər hələ öz yolunu seçə bilməyiblər. Bu da təbii ki, Ermənistan hakimiyyətinin xarici siyasətdə ziddiyyətli və məntiqsiz addımlar atmasını şərtləndirən faktorlardan biridir.

Təsadüfi deyil ki, hazırda Ermənistan siyasi mühitində panikanın yarandığı vurğulanır. Hətta Kremlin Ermənistan siyasətinə yenidən baxmaqda olduğunu yazırlar. Söhbət həmin siyasətin məzmununda və strateji məqsədində hansısa yeniliyin mümkünlüyündən getmir - sadəcə olaraq, Ermənistanda fəaliyyət tərzi dəyişə bilər. Böyük dövlətlərin, o cümlədən Rusiyanın Ermənistanda daha sadə və açıq metodlarla öz mövqelərini saxlamağa başladıqlarından bəhs edilir (bax: Акоп Бадалян. Паника в Армении: Кремль на пороге пересмотра / "Lragir.am", 18 avqust 2016).

Bunlar rəsmi İrəvanın suverenliyi itirməklə yanaşı, iki mühüm aspektdə də uduzduğunu göstərir. Onlardan biri faktiki olaraq Ermənistanın etibarlı tərəfdaşının olmamasıdır. Hətta İrəvanın üzv olduğu KTMT belə konkret situasiyalarda ona dəstək verməkdən imtina edir. ABŞ, Aİ ölkələri və Rusiya isə Ermənistana ancaq öz maraqları çərçivəsində yanaşırlar. Bunların heç biri real tərəfdaşlığın əlamətləri deyil - ağanın öz vassalına olan münasibətidir.

Digər aspekt isə Dağlıq Qarabağ məsələsində fiaskodan ibarətdir. Ermənistan nə hüquqi, nə də hərbi müstəvidə üstünlüyə malik deyil. Bunun nəticəsidir ki, indi rəsmi İrəvan, ümumiyyətlə, danışıqlardan yayınmağa, məsuliyyətdən qaçmağa və bütün işləri Qarabağdakı separatçılara yükləməyə çalışır. Ermənistan xarici işlər nazirinin müavini Ş.Koçaryan bəyan edib ki, Ermənistan Dağlıq Qarabağın statusu ilə bağlı fikir bildirə bilməz. "Çünki bu, "DQR"in səlahiyyətinə daxildir" (bax: məs., Интересные заявления Шаварша Кочаряна / "Lragir.am", 18 avqust 2016).

Bu cəfəngiyata heç ermənilərin özləri də inanmırlar, çünki 20 ildən çoxdur ki, Ermənistan münaqişə ilə bağlı danışıqlarda birbaşa iştirak edir və orada "DQR" adlanan psevdoqurumun izi-tozu belə yoxdur. Bu, yalnız riyakarlıq deyil, həm də nadancasına yalan danışmaqdır. Görünür, S.Sarkisyan öz mənəviyyatına uyğun olanların hakimiyyətdə təmsilçiliyinin davamlı olmasına çalışır.

Vurğulanan məqamlar bir həqiqəti ortaya qoyur: Ermənistanın xarici siyasəti tam iflasa uğrayıb və rəsmi İrəvan düşdüyü bataqlıqdan xilas olmaq üçün absurd üsullara əl atır. Ancaq onu çətin ki, qurtara bilsinlər.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir YENİLƏNƏCƏK

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında