Ermənistanda avtomobil qəzası baş verib, 1 nəfər ölüb, 11 nəfər yaralanıb
Tbilisi, 27 iyul, AZƏRTAC
İyulun 27-də Ermənistanın Tavuş vilayətində dəhşətli avtomobil qəzası baş verib.
AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, saat 17:50 radələrində İrəvan-Sevan-İcevan yolunun 99-cu kilometrliyində, Dilican genişləndirilmiş icmasının inzibati ərazisində "İnfiniti" və "Suzuki" markalı iki minik avtomobili toqquşub.
Qəza nəticəsində ağır yaralanmış 12 nəfər İcevan tibb mərkəzinə yerləşdirilib.
Yaralılardan biri ölüb. Bir neçə yaralının da vəziyyəti ağırdır.
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]