Ermənistanda hərbi xidmətdən yayınanlar barədə qanun qəbul olunub
Bakı, 16 yanvar, AZƏRTAC
Ermənistanda hərbi xidmətdən yayınan şəxslərin dövlət büdcəsinə müəyyən məbləğ ödəməklə cinayət məsuliyyətindən azad olmaq imkanı yaranıb.
AZƏRTAC xəbər verir ki, Ermənistan parlamenti 27 yaşına çatan və məcburi hərbi xidməti başa vurmayan vətəndaşların cinayət məsuliyyətindən azad edilməsinə imkan verən qanun qəbul edib.
Qanunda problemin həlli üçün bir neçə variant təqdim edilir. Həmin şəxslər ya tələb olunan iki illik xidməti keçməli, ya bir il xidmət edərək dövlət büdcəsinə 2,5 milyon dram (6 min 200 dollar) ödəməlidir. Yaxud altı aylıq xidmət müqabilində 5 milyon dram (təxminən 12 min 470 dollar), bir aylıq xidmət müqabilində isə 8 milyon dram (19 min 950 dollar) ödəmək lazım gələcək. 15 milyon dram (37,4 min dollar) ödəməklə hərbi xidmətdən tam azad olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]