Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında iki kitabın Berlində təqdimatı keçirilmişdir

Berlin, 25 fevral (AZƏRTAC). Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Almaniya paytaxtında 4 gün davam edən “Almaniyada Xocalı günləri” adlı silsilə tədbirlər çərçivəsində Berlinin mərkəzindəki “Palais am Festugsgraben” zalında kanadalı ekspert Skot Teylorun “Həll edilməmiş münaqişələr: Türkiyə, Ermənistan və Azərbaycan” (“Unreconciled Differences: Turkey, Armenia and Azerbaijan”) və alman alimi Rudiger Kipkenin “Ermənistan-Azərbaycan münasibətləri və Dağlıq Qarabağda münaqişə” adlı kitablarının təqdimatı keçirilmişdir.

Tədbirin moderatoru, Potsdam Universitetinin professoru Vilfrid Furmann giriş sözündə vurğulamışdır ki, ermənilər Azərbaycanın mülki əhalisinə qarşı soyqırımı aktı törətmiş və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini - Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etmişlər. O xatırlatmışdır ki, Ermənistanda həmin əraziləri “azad edilmiş ərazilər” adlandırırlar, lakin bu termindən istifadə etmək üçün heç bir hüquqi əsas yoxdur. Furmann demişdir: “Beynəlxalq hüquq baxımından bu ərazilər birmənalı şəkildə işğal edilmiş ərazilərdir”.

Alman alimi təəssüflə xatırlatmışdır ki, dünyada ikili standartlar tətbiq edilir. Məsələn, Fransa soyqırımının inkar edilməsinin kriminallaşdırılması haqqında qanun qəbul edir. Lakin eyni zamanda o özü soyqırımı aktı törətmiş Ermənistana heç bir təzyiq göstərmir. O demişdir: “Bu gün dünyada Ermənistanı işğal altındakı əraziləri azad etməyə məcbur etməyin mexanizmi yoxdur”. Alman professorun fikrincə, beynəlxalq birlik elə bir vəziyyət yaratmalıdır ki, Ermənistan beynəlxalq hüquqa hörmət etməyə məcbur olsun. Vilfrid Furmann təəssüflə qeyd etmişdir ki, bu cür tədbir görülmür.

Moderator vurğulamışdır ki, status-kvonun dəyişdirilməsi zəruridir və işğal sonsuz davam edə bilməz. Hazırda ATƏT-in Mİnsk qrupu çərçivəsində görülən tədbirlər münaqişənin həllinə və ərazilərin azad edilməsinə gətirib çıxarmır. Furmann demişdir: “Erməni silahlı dəstələri tərəfindən törədilmiş cinayətə hüquqi qiymət verilməlidir. Öldürülənlərin sayı istər 600 olsun, istər 600 min, hər bir halda, əgər cinayət “soyqırımı” anlayışına uyğundursa, deməli hər şeyi öz adı ilə çağırmaq lazımdır”.

Sonra “Həll edilməmiş münaqişələr: Türkiyə, Ermənistan və Azərbaycan” kitabının müəllifi Skot Teylor çıxış etmişdir. O demişdir ki, İraqda olarkən Əl-Qaidə terror qrupu tərəfindən girov götürülmüş və əsrlikdə olduğu 5 gün müddətində onu 6 dəfə edam etməyə aparmışlar. Siz məndən soruşun: Mən bu adamlara nifrət edirəmmi? Xeyr, onlara nifrətim yoxdur. Mən öz daxilimdə bu hissə qalib gəlmişəm və bu, həmin mövzunun öyrənilməsinə obyektiv yanaşmağıma kömək etmişdir. Lakin Ermənistan ilə Azərbaycan arasında münaqişə halında vəziyyət bundan qat-qat mürəkkəbdir. Burada, xüsusən ermənilər tərəfindən nifrət çox güclüdür”. Müəllif Yerevanın Xocalıda törətdiyi soyqırımı aktını inkar etmək siyasətini misal göstərmişdir. S.Teylor demişdir ki, ermənilər, görünür, Xocalıda törətdiklərinə görə xəcalət çəkərək bütün xəritələrdə bu yerin adını silmişlər. Onlar hətta Xocalı aeroportunun da adını dəyişərək Stepanakert aeroportu adlandırmışlar. Onun fikrincə, əgər Ermənistan gənc nəsil arasında türklərə və azərbaycanlılara nifrət hissi aşılamaqdan əl çəkərsə, vəziyyət dəyişə bilər.

Skot Teylorun kitabının təqdimatı çərçivəsində 10 dəqiqəlik sənədli film nümayiş etdirilmişdir. Müəllif bu filmdə münaqişənin tarixi haqqında söhbət açır.

Alman alimi, Zigen Universitetinin professoru Rudiger Kipke də öz kitabını təqdim etmişdir. O xatırlatmışdır ki, bu münaqişənin tarixi 1826-1828-ci illərin Rus-İran müharibəsindən başlanır. Bundan sonra gəlmə ermənilərin tarixi Azərbaycan ərazilərində kütləvi şəkildə məskunlaşdırılması prosesi başlanmışdır. Alim Yerevanın heç də həmişə Ermənistanın paytaxtı olmadığını, XIX əsrə qədər onun Azərbaycan şəhəri olmasını və İrəvan adlanmasını öz tələbələrinə hər yerdə və həmişə dediyini vurğulamışdır. Professor Rudiger Kipke Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, habelə Sovet rəhbərliyi ilə Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov arasında yazışma mövzusuna da toxunaraq qeyd etmişdir ki, Bağırov DQMV-nin Ermənistana verilməsi barədə ermənilərin müraciəti ilə əlaqədar Moskvanın sorğusuna cavab verməyə məcbur olmuşdur.

Rudiger Kipke öz kitabında DQMV-nin sosial-iqtisadi inkişaf baxımından guya geridə qalması haqqında uydurmanı növbəti dəfə ifşa etmişdir. O, statistik məlumatlar əsasında inandırıcı şəkildə göstərmişdir ki, bu region Azərbaycanın qalan hissəsi və bütün Ermənistan ilə müqayisədə daha yaxşı yaşayır və daha sürətlə inkişaf edirdi. Sonra müəlliflərin çıxışları müzakirə edilmişdir. Qonaqlar müəlliflərə suallar vermiş və diskussiyada fəal iştirak etmişlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Finlandiyada Zəfər Günü qeyd olunub

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib