Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın baş tutmayan intiqamı: dünya dövlətləri Qarabağdakı qeyri-qanuni “seçkiləri” dəstəkləmədilər

Erməni separatçılarının növbəti oyunu sentyabrda Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən “bələdiyyə seçkiləri” oldu ki, bu “hadisə”dən hələ xeyli əvvəl az qala bütün erməni mətbuatı bu barədə məlumat verirdi. Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə və bununla da, tərəfdaşlarının dəstəyi formasında siyasi dividend qazanmağa ümid edirdi. Eyni zamanda, separatçı rejimin əsas məqsədi öz xalqının qarşısında hər hansı şəkildə özünü təsdiq etmək üçün Azərbaycanı qıcıqlandırmaq idi. Axı rəsmi seçkilər keçirmək onlarla ac qarabağlı ailəni doyuzdurmaqdan daha asandır, hələ ölkənin başından aşan daha mühüm problemlərdən danışmırıq. Ermənistanda hakimiyyətdə olan Qarabağ klanı hələ də analoji məntiqsiz hücumlarla özlərinə olan inamı artırmağa ümid edir. Bu, eyni zamanda, daxili auditoriyanın dəstəyini qazanmağa istiqamətlənmiş bir növ acınacaqlı siyasi manevrdir. Sarkisyan rejiminə xarici dəstək şansının sıfra bərabər olması əvvəldən aydın idi, çünki yerli idarəetmə orqanlarına qondarma “seçkilər” hüquq normalarına ziddir və heç bir qüvvəyə malik ola bilməz. Ermənistanda qəbul etməsələr də başa düşürlər ki, Azərbaycana qarşı davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin əsasında keçirilən qeyri-legitim seçkilər Azərbaycan Konstitusiyasının, müvafiq olaraq, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması deməkdir. Güc yolu ilə torpaq işğalı beynəlxalq ictimaiyyət tərəfindən qanuni qəbul edilə bilməz. Bununla əlaqədar olaraq, Azərbaycan dünya ictimaiyyətinin bütün üzvlərini Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımamağa çağırıb ki, bu da tamamilə məntiqli və əsaslıdır.

Bu gün bir çox məsələdə aydın görünür ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim təcavüz və irqi ayrı-seçkiliyin birbaşa nəticəsidir. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il iyunun 16-da qəbul etdiyi “Çıraqov və digərləri Ermənistana qarşı” işi haqqında qərarı təsdiq edir ki, Dağlıq Qarabağdakı hakim rejim Ermənistanın idarəsi və nəzarəti altındadır və İrəvanın hərbi, siyasi, maliyyə dəstəyi hesabına mövcudluğunu qoruyub saxlayır. Aydındır ki, Ermənistan status-kvonu qoruyub saxlamaq, işğalçı siyasəti və qəsbkarlığı möhkəmləndirmək üçün növbəti dəfə cəhd etdi və reallıqda münaqişənin siyasi həllində maraqlı deyil. Yeri gəlmişkən, Serj Sarkisyanın qısa müddət öncə guya Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması barədə bəyanatı hakim rejimin bundan sonra da beynəlxalq ictimaiyyəti aldatmaq fikrində olduğunu göstərir. Belə bir fikir mövcuddur ki, geosiyasi reallıqlara əsaslanaraq Azərbaycanın hərbi qüvvəsindən qorxuya düşən İrəvanda belə bir nəticəyə gəliblər ki, müharibə qaçılmaz olsa, İrəvanın rəsmi hüquqi fəaliyyəti üçün Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan etmək daha sərfəli olar. Ermənistanın hər vəchlə danışıqlar prosesində Qarabağı münaqişə tərəfi kimi göstərməyə çalışdığını xatırlasaq, Sarkisyanın bu bəyanatı dünya miqyasında Qarabağın “müstəqil dövlət” kimi tanınması ilə bağlı hələ də hansısa xülyalar quran separatçı rejimin məqsədinin məğzini açır.

Əslində, qondarma “seçkilər”lə bağlı bütün bu oyun beynəlxalq səviyyədə ağır məğlubiyyətlə nəticələndi, çünki ermənilərin siyasi avantürasını təkcə Ermənistana dost olmayan Türkiyə, Pakistan deyil, həm də ABŞ, Fransa, Avstraliya kimi nəhəng dövlətlər də pislədi.

Məsələn, Fransa hökuməti bəyan etdi ki, Dağlıq Qarabağı müstəqil respublika kimi tanımır, bölgədə keçirilmiş qeyri-qanuni “seçkilər”in nəticələrini qəbul etmir və ümumiyyətlə, bunu qanunazidd hesab edir. Məlumdur ki, Fransanın bəzi yerli hakimiyyət orqanları beynəlxalq hüquqa zidd fəaliyyəti qanuni fəaliyyət kimi təqdim etməyə cəhd ediblər, məsələn, bəzi fransız şəhərləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə “dostluq xartiyaları” imzalayıblar, yaxud “Fransa-Qarabağ dostluq cəmiyyəti”nin yaradılması və s. kimi qanunsuz addımlar atıblar. Amma bütün bu faktlar Fransa hakimiyyətinin siyasətini əks etdirmir. Məsələ ondadır ki, Ermənistanın “dostluq xartiyaları” və s. timsalında qazandığı bonuslar yalnız nüfuzlu erməni lobbisinin sayəsində əldə edilib. İşğal olunmuş ərazilərdə baş tutan bu “hadisənin” qeyri-qanuni olması barədə Fransanın Xarici İşlər Nazirliyinin bəyanatı Fransa hökumətinin rəsmi mövqeyidir ki, bu da Ermənistanın hakim rejiminin maraqlarına ciddi zərbə vurdu. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu hadisənin BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in, İƏT-in qətnamələrinə zidd olduğunu bildirərək, sentyabrın 13-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “seçkilər”in keçirilməsini tənqid edən bəyanatla çıxış etdi. Bununla da İƏT Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinin toxunulmazlığı çərçivəsində beynəlxalq qətnamələrə, qərarlara uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan etdi.

Bu məsələ ilə bağlı ABŞ Dövlət Departamenti birmənalı mövqeyini bildirib. Bəyanatda aydın şəkildə qeyd olunub ki, ABŞ işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş “seçkilərin” nəticələrini tanımır.

Dağlıq Qarabağı müstəqil dövlət kimi, xüsusilə Azərbaycanın ermənilərin işğal etdiyi Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkiləri” tanımadığını qeyd edən Avstraliya hökuməti də bənzər mövqe nümayiş etdirdi. Həmçinin Pakistan Senatı da bu cür seçkilərin beynəlxalq hüququn normalarına zidd və törədilmiş cinayətlərin qanuniləşdirilməsi üçün Ermənistanın cəhdi olduğunu bəyan edərək separatçı rejimin Dağlıq Qarabağda keçirdiyi seçkiləri pislədi.

Beləliklə, separatçı rejimin beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmaq cəhdi iflasa uğradı. Ermənistan yenə pis vəziyyətə düşdü, amma bu, çətin ki, hazırkı rejim üçün ciddi bəhanə olsun. Ermənistanın təcavüzkar siyasətindən əl çəkəcəyi və sülh danışıqları masasında konstruktiv təkliflər paketi səsləndirəcəyi şübhə doğurur.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir