Ermənistanın tibb müəssisələri müalicəyə ehtiyacı olan xəstələri qəbul etmək gücündə deyil
Tbilisi, 4 iyun, AZƏRTAC
Ermənistanda son sutka ərzində 697 nəfər koronavirusa yoluxub. Altı nəfər koronavirusdan ölüb.
AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində bildirib.
O deyib: “Ölkədə koronavirusa 697 yeni yoluxma faktı qeydə alınıb. Bu isə o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil”.
N.Paşinyanın sözlərinə görə, ölkədə vəziyyət daha da pisləşir və fəlakət həddinə çatır.
Qeyd edək ki, bu gün Ermənistanda koronavirusa yoluxanların sayı 11221 nəfərə, bu virusdan ölənlərin sayı isə 176-ya çatıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]