İQTİSADİYYAT
Əsgəran və Ağdamın işğaldan azad edilmiş ərazilərində rabitə qurulur VİDEO

Bakı, 6 dekabr, AZƏRTAC
2020-ci ildən bu günədək Qarabağın rayon və şəhərləri rabitə ilə təmin edilib. Artıq “Bakı Telefon Rabitəsi” MMC tərəfindən Füzuli rayonunda, Tərtər rayonun Talış kəndində, Şuşa şəhərində, Laçın şəhərində, Xankəndidə, Zəngilan rayonun Ağalı kəndində rabitə yaradılıb və əhaliyə xidmət göstərilir.
Bunu AZƏRTAC-a müsahibəsində “Bakı Telefon Rabitəsi” MMC-nin şöbə müdiri Fərhad Zahidov deyib.
Fərhad Zahidov vurğulayıb ki, hazırda növbəti mərhələdə Əsgəran rayonu və Ağdamın yeni işğaldan azad edilmiş ərazilərində rabitəni yaratmağa çalışırlar: “Bunun üzərində işlər hazırda davam edir”.
Qeyd edək ki, bu gün rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə AZƏRTAC-ın hazırladığı videoreportajı da təqdim edirik.