ƏSGƏRLƏRLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ordusunun yaranmasının 90 illiyi münasibətilə Bərdə rayonu ictimaiyyətinin N hərbi hissəsində əsgərlərlə görüşü olmuşdur.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev Silahı Qüvvələr günü münasibətilə əsgərləri təbrik etmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində orduda hərcmərcliyin hökm sürdüyünü deyən İ.Ağayev, yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ordu quruculuğunun başlanmasını, silahlı qüvvələrdə nizam-intizamın bərqərar olmasını bildirmişdir.
Tədbirdə çıxış edən gənclər və idman idarəsinin rəisi Anar Şahbazov Azərbaycan ordusunun yaranma tarixindən danışmış və bildirmişdir ki, Prezident İlham Əliyevin apardığı uğurlu ordu quruculuğu siyasəti nəticəsində silahlı qüvvələr qüdrətlənmişdir və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.
Tədbir bərdə rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]