ESTONİYADA PREZİDENTİN ƏRİ (XANIMI) VƏZİFƏSİ TƏSİS ETMƏK İSTƏYİRLƏR
Estoniya parlamenti mətbuat xidmətinin məlumatına görə, belə bir vəzifənin təsis edilməsi onunla bağlıdır ki, dövlət başçısının üzərinə düşən vəzifələrin xüsusiyyətləri ilə əlaqədar onun həyat yoldaşı öz işini və karyerasını qurban vermək məcburiyyətində qalır. Məsələn, indiki “birinci xanım” filologiya doktoru İnqrid Rüytel əri Arnold Rüytel Prezident seçildikdən sonra Ədəbiyyat Muzeyində işindən imtina etməli olmuşdur. Əvvəlki Prezident Lennart Merinin xanımı Helle Pixlak-Meri uğurlu aktrisa karyerası ilə həmişəlik vidalaşmaq məcburiyyətində qalmışdır.
Qanun layihəsinə əsasən, Prezidentin əri (xanımı) öz səlahiyyət müddəti bitdikdən sonra 700 avro məbləğində pensiya almaq hüququna malik olacaqdır.
İndiki qanuna görə, Estoniya Prezidentinin ərinə (xanımına) yeganə sosial təminat ailə başçısının itirilməsi üçün verilən pensiyadır, lakin bir şərtlə ki, o, həmin vaxt iş başında olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]