ESTONİYADA YAŞAYAN AZƏRBAYCANLILAR ABŞ KONQRESİNƏ MÜRACİƏT ETMİŞLƏR
Bakı, 22 dekabr (AZƏRTAC). “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzi Estoniyada yaşayan azərbaycanlılar adından ABŞ Konqresinə müraciət etmişdir.
Müraciətdə bildirilir ki, Estoniyada yaşayan azərbaycanlıların bir çoxu Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların sakinləridir. Onlar Xocalı soyqırımını törətmiş, Azərbaycan ərazisinin 20 faizini zəbt etmiş, bir milyondan çox insanı öz torpağından didərgin salmış separatçı rejimə ABŞ-ın maddi dəstək verməsini etirazla qarşılayırlar.
Sənəddə, həmçinin qeyd olunur ki, Azərbaycan terrora qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır və əgər Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayrılması barədə qərar təsdiq olunarsa bu, ABŞ-ın bütün dünya azərbaycanlılarının təsəvvüründə formalaşmış imicinə mənfi təsir edə bilər.
Müraciət dekabrın 21-də ABŞ-ın Estoniyadakı səfirliyinə təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]