ETSN: Gələn ilin ilk hərracı yanvarın 29-da keçiriləcək
Bakı, 18 dekabr, AZƏRTAC
Sumqayıt şəhəri "Sumqayıt" gil yatağı, Göyçay rayonu "Göyçay" qum-çınqıl yatağı, Ağsu rayonu "Ağsuçay" qum-çınqıl yatağı, Ağdam rayonu "Şelli" və "Burundağ" üzlük daşı yataqları və İmişli rayonu "Bəhrəmtəpə II" qum-çınqıl yatağı auksion formasında hərraca çıxarılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yer təkindən istifadə ilə bağlı hərrac saat 11:00-da Əmlak Xidmətləri Məkanında olacaq.
Hərracda iştirak etmək üçün fiziki və hüquqi şəxslər müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31. Əlaqə nömrəsi: Tel: (012) 597-01-68 (daxili: 5005); Mob: (+994) 055 277-23-37
Xatırladaq ki, hərraca 5 iş günü qalmış sənəd qəbulu başa çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:23]
Sabahın hava proqnozu açıqlanıb
- 03.06.2026 [12:51]
Sabahın hava proqnozu açıqlanıb
- 02.06.2026 [15:32]
Emissiyalar yavaşladıqca, alimlər ən pis iqlim ssenarisindən imtina edirlər
- 02.06.2026 [12:48]
Sabah hava əsasən yağmursuz olacaq
- 01.06.2026 [17:00]