ETSN-in “Qaynar xətt”inə 119 müraciət daxil olmuşdur
Bakı, 7 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən “Qaynar xətt”inə bu ilin iyun ayında 119 müraciət daxil olmuşdur.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ağacların kəsilməsi ilə əlaqədar 22 müraciətdən 10-u barədə tədbirlər görülmüş, 12-si isə təsdiqini tapmamışdır.
Ağacların aşma təhlükəsi ilə bağlı 53 müraciətdən 47-nə yerində baxış keçirilərək, müvafiq rəy və təkliflər verilmiş, 1-i əsassız sayılmış, 5-i isə icradadır.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, səs-küy, faunanın mühafizəsi ilə əlaqədar qeydə alınmış 44 müraciətdən 10-u ilə bağlı tədbirlər görülmüş, 4-ü isə icradadır. Monitorinqlər zamanı 30 müraciət təsdiq edilmədiyindən həmin ərazilər nəzarətə götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]