ETSN və Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi diqqətdədir
Bakı, 10 mart, AZƏRTAC
Dünya Bankının Azərbaycan ofisinin rəhbəri Stefanie Stallmeisterin rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və perspektivlər müzakirə olunub.