Eva Qarsia Çueka: Azərbaycan WUF13-ə yüksək səviyyədə ev sahibliyi edib
Bakı, 22 may, AZƏRTAC
Mənim üçün Azərbaycanı tanımaq çox təsirli bir təcrübə oldu. Bu ölkə qədim mədəniyyətə malik, çox maraqlı və ilhamverici bir ölkədir. WUF13-də iştirak etmək isə çox xoş oldu. Hesab edirəm ki, ölkə tədbirə yüksək səviyyədə və çox səmimi şəkildə ev sahibliyi edib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Barselona Böyükşəhər Ərazisinin Proqnozlaşdırma və Strategiya şöbəsinin rəhbəri Eva Qarsia Çueka deyib.
“Bu baxımdan biz özümüzü çox yaxşı və qonaqpərvərliklə qarşılanmış hiss edirik. Forum çərçivəsində keçirilən müxtəlif sessiyalar mənzil məsələləri ilə bağlı ən aktual problemlərin müzakirəsi baxımından olduqca maraqlı keçib. Müzakirələr yalnız fikir mübadiləsi ilə məhdudlaşmayıb, eyni zamanda, mənzil böhranının aradan qaldırılması üçün konkret addımların müəyyənləşdirilməsinə yönəlib”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [15:21]
ADPU tələbələri və əməkdaşları WUF13-də
- 22.05.2026 [15:19]
Türk nümayəndə: WUF13-də təşkilatçılıq inanılmaz dərəcədə uğurlu olub
- 22.05.2026 [15:16]
WUF13-də inklüziv və iqlimədavamlı mənzil təminatı diqqət mərkəzində olub
- 22.05.2026 [15:11]