Samer Baqain: Müasir şəhərlər iqlim risklərini hər gün daha kəskin şəkildə yaşayır
Bakı, 22 may, AZƏRTAC
Müasir şəhərlərdə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün yeni texnoloji həllər sınaqdan keçirilməlidir. Çünki müasir şəhərlər iqlim risklərini hər gün daha kəskin şəkildə yaşayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kral Şəhərsalma İnstitutunun vitse-prezidenti Samer Baqain Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Expo City Dubai – İqlim fəaliyyəti, innovasiya və icmanın görüşdüyü yaşıl innovasiya bölgələri” panel sessiyası zamanı deyib.
O, şəhərlərin ekoloji dayanıqlığı üçün vahid ekosistemin yaradılmasının zəruri olduğunu söyləyib: “Yaşıl İnnovasiya Bölgəsi sadəcə bir inkişaf sahəsi deyil, eyni zamanda planlaşdırma, infrastruktur, maliyyə, tədqiqat, biznes, icma və texnologiyanın bir araya gətirildiyi innovasiya mərkəzidir. Məqsəd iqlim dəyişikliyi ilə mübarizəni və şəhərlərin böhranlara qarşı dayanıqlığını sürətləndirməkdir”.