İsrailli tədqiqatçı: WUF13-də gecəqondularda yaşayanların daha çox olduğunu öyrəndim
Bakı, 22 may, AZƏRTAC
WUF13 sayəsində öyrəndim ki, qeyri-rəsmi yaşayış məntəqələrində (gecəqondularda) düşündüyümüzdən qat-qat çox insan yaşayır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən tədqiqatçı, ekvadorlu İsrail vətəndaşı Sebastian Kordero Velastequi deyib.
"Hazırda ciddi demoqrafik dəyişikliklər baş verir: kənd yerləri getdikcə kiçilir, şəhər əraziləri isə sürətlə böyüyür. Məncə, bu meyillərə diqqət yetirmək bizim üçün sadəcə bir seçim deyil. Yaxın gələcəkdə qarşılaşacağımız güclü demoqrafik təzyiqə görə biz bu reallığı nəzərə almağa məcburuq", - deyə o əlavə edib.