WUF13 yeni əməkdaşlıq və ortaq həll yollarına imkan yaradır
Bakı, 22 may, AZƏRTAC
WUF13 bir araya gəlməyin, təcrübələri bölüşməyin, bir-birindən öyrənməyin və bu yolla ölkələrimizin və cəmiyyətlərimizin qarşılıqlı faydası üçün mümkün yeni siyasətlərin və irəliyə doğru yolun müəyyən edilməsinin vacibliyini bir daha ortaya qoydu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "XXI əsrdə azadlıq üçün Mənzil ərazi Paktı, Metropolitenlərin mənzil hüququ ilə bağlı BMT Qətnaməsinə doğru" adlı sessiyada İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko səsləndirib.
Onun sözlərinə görə, bugünkü sessiyaların yekununda əldə oluna biləcək ortaq öhdəlik ondan ibarətdir ki, bu mövzuların həm milli, həm də beynəlxalq səviyyədə diqqət mərkəzində saxlanılması və gündəlik prioritetlər sırasında daha geniş yer tutması üçün səylər ardıcıl şəkildə gücləndirilməli, eyni zamanda bu istiqamətdə məlumatlandırma və maarifləndirmə işi fasiləsiz davam etdirilməlidir.
Fotoqraf - Nicat Əlili
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [14:32]
Eva Qarsia Çueka: Azərbaycan WUF13-ə yüksək səviyyədə ev sahibliyi edib
- 22.05.2026 [14:29]
Səfir: Hər kəsi Meksikada salamlamaqdan məmnun olacam
- 22.05.2026 [14:21]
Meksika WUF14-ə hazırlıq mərhələsinə başlayır
- 22.05.2026 [14:16]