UN-Habitat nümayəndəsi: Şəhərlərdə tullantıların effektiv idarə olunması dayanıqlı inkişaf üçün vacibdir
Bakı, 22 may, AZƏRTAC
UN-Habitat Dayanıqlı İnkişaf Məqsədi 11-in (SDG 11) kurator agentliyi kimi onun yerli səviyyədə icrasına fəal dəstək göstərir. Xüsusilə tullantıların idarə olunması istiqamətində SDG 11-in 11.6 hədəfi və 11.6.1 indikatoru nəzarət olunan obyektlərdə yaranan və idarə olunan tullantıların həcmini ölçür. Məhz bu məqsədlə “Waste Wise Cities” aləti istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UN-Habitat-ın bərk tullantıların idarə olunması üzrə mütəxəssisi Flavia Biri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Latın Amerikasında tullantı toplayıcıları və inklüzivlik və dairəvi iqtisadiyyat üçün ədalətli keçid alyansları” adlı sessiyada səsləndirib.
O bildirib ki, bu alət 2021-ci ildə əvvəlki metodologiya əsasında hazırlanıb və şəhərlərə məişət bərk tullantılarının idarəetmə zəncirini qiymətləndirməyə imkan yaradır.
“Burada əsas diqqət tullantıların yaranması, toplanması və nəzarət olunan müəssisələrdə emalına yönəlib. Eyni zamanda, bərpa və təkrar emal zəncirinin iştirakçıları, o cümlədən qeyri-formal sektorun fəaliyyəti də qiymətləndirilir. Ətraf mühit baxımından isə poliqonların və tullantı sahələrinin nə dərəcədə nəzarət altında olduğu araşdırılır”, – deyə Flavia Biri əlavə edib.
Müxbir - Günel Alıyeva