WUF13-də bu günədək 57 mindən çox şəxs iştirak edib
Bakı, 22 may, AZƏRTAC
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) bu günədək onlayn rejim daxil olmaqla, 57 mindən çox şəxs iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanışı ilə bağlı mətbuat konfransında deyib.
Anar Quliyev qeyd edib ki, WUF13 forumun gələcəyini və qlobal əməkdaşlığı formalaşdıracaq bir sıra mühüm yenilikləri təqdim edib.