Kiçik şəhərlər regionların inkişafının hərəkətvericisidir
Bakı, 22 may, AZƏRTAC
WUF13 forumu çərçivəsində “Multipurpose room 4” zalında “Kiçik şəhərlərin transformasiyası və dayanıqlı inkişafında kənd və şəhər əraziləri arasında əlaqələr” adlı panel iclası keçirilib. İştirakçılar kənd yerləri ilə böyük şəhərlər arasında iqtisadi və sosial əlaqələrin gücləndirilməsində kiçik şəhərlərin rolunu müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, ekspertlər kənd təsərrüfatı məhsullarının ticarəti, iş yerlərinin yaradılması, təhsil, səhiyyə və nəqliyyat xidmətlərinə çıxışın yaxşılaşdırılması üçün platforma olan ara şəhərlərin əhəmiyyətini vurğulayıblar. Müzakirə zamanı düzgün məkan planlaşdırmasının və inteqrasiya olunmuş siyasətlərin meqapolislərə miqrasiya təzyiqini azalda biləcəyi, eyni zamanda kənd yerlərinin və regional iqtisadiyyatların davamlı inkişafını stimullaşdıracağı qeyd olunub.
Müxbir - Vüqar Seyidov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [14:51]
WUF13 iştirakçısı: İndi əldə olunan nəticələri fəaliyyətə keçirmək vaxtıdır
- 22.05.2026 [14:49]