Kolumbiya təmsilçisi: WUF13-də mənzil təminatına keyfiyyət perspektivindən yanaşma əsas öyrəndiyim məqam oldu
Bakı, 22 may, AZƏRTAC
İnsanların inkişafına və daha yaxşı həyat şəraitinin qurulmasına kömək edəcək planları real həyatda icra etmək sadəcə heyrətamizdir. Beləliklə, Ümumdünya Şəhərsalma Forumu məndə yoxsulluqla mübarizə və mənim əsas ekspertiza sahəm olan qeyri-rəsmi yaşayış məntəqələrinin, gecəqonduların təkmilləşdirilməsi barədə əla ideyalar formalaşdırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, İvrit Universitetində Qlobal İnkişaf Araşdırmaları üzrə magistr təhsili alan kolumbiyalı tələbə Andrea Farias Pinto deyib.
O bildirib ki, WUF13 çərçivəsində ən çox öyrəndiyi məqam mənzil təminatına keyfiyyət perspektivindən yanaşmaq və mənzil şəraitindəki keyfiyyət qüsurunu necə aradan qaldırmaq oldu.
"Hesab edirəm ki, bu, forumda bizə ötürülməyə çalışılan əsas hədəflərdən, mühüm məqsədlərdən biri idi. Bu təcrübələri fərqli ölkələrin nümayəndələrindən eşitmək çox maraqlıdır", - deyə tələbə əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [15:21]
ADPU tələbələri və əməkdaşları WUF13-də
- 22.05.2026 [15:19]
Türk nümayəndə: WUF13-də təşkilatçılıq inanılmaz dərəcədə uğurlu olub
- 22.05.2026 [15:16]
WUF13-də inklüziv və iqlimədavamlı mənzil təminatı diqqət mərkəzində olub
- 22.05.2026 [15:11]