Metyu Sayks: Dünyanın müxtəlif yerlərindən gələn insanların təcrübələrini paylaşması ruhlandırıcı oldu
Bakı, 22 may, AZƏRTAC
Bu, mənim Ümumdünya Şəhərsalma Forumunda ilk iştirakımdır. Dünyanın müxtəlif yerlərindən gələn insanların bir araya gəlməsini, mənzil təminatı və qarşılaşdığımız digər şəhərsalma problemlərinin öhdəsindən gəlmək üçün bilik və həll yollarını bölüşməsini görmək həqiqətən çox ruhlandırıcı oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən "Swimmable Cities" təşkilatının həmtəsisçisi və proqram direktoru Metyu Sayks deyib.
O, həmçinin Azərbaycandakı qonaqpərvərliyi yüksək qiymətləndirərək minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:58]
Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb
- 06.06.2026 [15:21]
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
- 29.05.2026 [22:01]
Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı
- 26.05.2026 [18:15]