“Facebook Messenger”in yüngül versiyası istifadəçilərə əlçatan olub
Bakı, 4 oktyabr, AZƏRTAC
“Facebook” sosial şəbəkəsi öz messencerinin yüngül versiyasına giriş təqdim etməklə bir çox istifadəçini sevindirib.
AZƏRTAC xəbər verir ki, məlumata görə, “Google Play” mağazasında əlçatan olan “Messenger Lite” adlı proqram mesajlarla mübadilə üçün nəzərdə tutulub və həmin messencerin daxili oyunlar, “Stories” funksiyası, həmçinin dərc edilən şəkillər üçün çoxsaylı filtr və effektlər daxil olmaqla, bir çox əlavələrindən məhrum edilib. Eyni zamanda, “Messenger Lite” versiyası videozəngləri dəstəkləmir.
Bundan başqa, bir il bundan əvvəl inkişaf etməkdə olan ölkələrin istifadəçiləri üçün əsas “Messenger”ə alternativ kimi elan edilmiş proqram trafiki az işlətməsi, həmçinin “Android” sistemi ilə işləyən smartfonların texniki xüsusiyyətlərinə az tələbatlı olması ilə seçilir. Amma “Facebook” hələ ki “iOS” sistemi üçün “Messenger Lite” versiyasını təqdim etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [18:30]
Fransanın keçmiş Baş naziri: Yeliseyə gedən yoldayam
- 01.06.2026 [18:10]
Almaniyada miqrasiya balansı iki dəfəyədək azalıb
- 01.06.2026 [16:18]
Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib
- 01.06.2026 [16:14]
Media: Mərmi istehsalı üçün Polşa şirkətlərinə 3,7 milyard dollar ödənilib
- 01.06.2026 [15:52]